Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUN ARXEOLOJİ FONDUNUN DİREKTORU VƏFAT ETMİŞDİR

  27.01.2021

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Arxeoloji fondunun müdiri Arif Aqil oğlu Rəhmanov 73 yaşında vəfat etmişdir.
Arif Aqil oğlu Rəhmanov 22 sentyabr 1948-ci ildə Balaxanı kəndində ziyalı ailəsində anadan olmuşdu. 1955-ci ildə Balaxanı kənd 204 nömrəli orta məktəbə gedərək 1965-ci ildə indiki Bakıxanov qəsəbəsinin 74 nömrəli orta məktəbini bitirib. Elə həmin ild də Bakı Dövlət Universitetinin tarix fakultəsinə daxil olur. 1971-ci ildə oranı bitirmişdi. 1972-ci ildən ömrünün sonuna kimi Azərbaycan Milli Elmlər Akademiyasında elmi işçi kimi fəaliyyət göstərmişdi. Evliydi. 3 övlad sahibiydi.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi və kollektivi mərhumun əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və onlara Allahdan səbr diləyir.
Allah rəhmət eləsin!



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.