Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



İMİŞLİDƏ AZƏRBAYCAN VƏ İTALİYA ALİMLƏRİNİN BİRGƏ TƏDQİQATLARI BAŞLADI

  16.11.2021

6-12 noyabr 2021-ci il tarixində AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu və İtaliyanın Neapol Universiteti arasında 2017-ci ilin 12 iyun tarixində imzalanmış memoranduma əsasən İmişli rayonu ərazisində birgə tədqiqat işləri keçirilmişdir. Azərbaycan tərəfini İmişli ekspedisiyasının rəisi t.ü.f.d. dosent Mikayıl Mustafayev, institutun “Tədris və beynəlxalq əlaqələr” şöbəsinin müdiri t.ü.f.d., dosent Səfər Aşurov, “Numizmatika və Epiqrafika” şöbəsinin müdiri, t.ü.f.d. Akif Quliyev, İtaliya tərəfini isə Neapol Unversitetinin Şərqşünaslıq Departamentinin əməkdaşı doktor Manuel Kastelluççia təmsil edib.
İmişli ərazisində olan Qızıl Təpə, Yeddi Təpə və Qalayeri adlanan abidələrdəN yerüstü arxeoloji materiallar toplanaraq abidələrin ərazisi və mühafizə zonaları müəyyən edilib. GPS koordinatları təyin edilən abidələrin fotogeometrik xəritəsinin hazırlanması məqsədi ilə DJV Phantom 4.2 PRO dronu vasitəsi ilə çəkilişlər aparılıb.
Tədqiqatların aparılmasında məqsəd gələcəkdə rayon ərazisində mövcud olan arxeoloji abidələrin məlumat bazasının yaradılması, pasportlaşdırılması və mühafizəsinin təşkilidir.
Bundan əlavə yaxın zamanlarda abidələrin georadar vasitəsi ilə skan edilməsi də nəzərdə tutulur. Bu gələcəkdə arxeoloji tədqiqatların səmərələşdirilməsini daha da artıracaqdır.



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.