Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN 60 İLLİK YUBİLEYİNİ TƏBRİK EDİRİK

  24.12.2021

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür.
Şübhəsiz ki, Ali Baş Komandan İlham Əliyev Azərbaycan elminin inkişafına, tariximizin qorunub gələcək nəsillərə şərəflə ötürülməsinə öz qayğısını heç vaxt əsirgəməyib. Belə ki, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi fəaliyyətində cənab Prezidentin bu sahəyə dövlət qayğısı daima göz önündə olmuşdur.
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun kollektivi adından cənab Prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, dövlətçilik fəaliyyətində uğurlar arzulayırıq.
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun kollektivi olaraq, bundan sonra da şərəfli dövlətçilik fəaliyyətində cənab Prezident İlham Əliyevin yanında olacağıq! Şübhəsiz ki, Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad olunmuş Qarabağın dünya miqyaslı tarixi-arxeoloji abidələrinin institutun alimləri tərəfindən daha dərindən tədqiq edilərək öyrənilməsi yönündə mötəbər işlər görüləcəkdir.





© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.