Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ELMİ ŞURANIN 2021-Cİ İLƏ DAİR YEKUN İCLASI KEÇİRİLDİ

  29.12.2021

29 dekabr 2021-ci il tarixdə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Elmi Şuranın ilin yekun iclası keçirildi.
İclası giriş sözü ilə açan AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru t.e.d., professor Abbas Seyidov iclas iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edərək, hər kəsə gələcək elmi fəaliyyətlərində uğurlar arzuladı.
Sonra iclasın gündəliyində duran mühüm məsələlər barədə danışıldı.

İclasın gündəliyi:
1. Dünya Azərbaycanlılarının Həmrəylik Günü.
2. AMEA –nın müxbir üzvü, tarix elmləri doktoru İdeal Nərimanovun 95 illik yubileyi ilə əlaqədar AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda elmi sessiyanın keçirilməsi (2022-ci il fevral ayının birinci yarısında).
Qərara alındı ki, AMEA - nın müxbir üzvü, tarix elmləri doktoru İdeal Nərimanovun 95 illik yubileyi geniş formada qeyd edilsin və yubiley ərəfəsində İdeal Nərimanovun elmi yaradıcılığı ilə bağlı kitab hazırlanıb ictimaiyyətə təqdim edilsin.
3. Tarix elmləri doktoru, professor Məmmədəli Hüseynovun 100 illik yubileyi ilə əlaqədar AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Beynəlxalq konfransın keçirilməsi (2022-ci il aprel ayının əvvəllində).
İclasın gündəliyində duran bu məsələ ilə bağlı komissiyanın yaradılması qərara alındı.
4. “Arxeoloji texnologiya” şöbəsinin dissertantı Nəsibə Mustafayevanın “Azərbaycanın antik dövr metallurgiya və metalişləmə problemləri” tarix üzrə fəlsəfə doktorluğu dissertasiya mövzusunun adında dəyişiklik edilməsi barədə.
Qərara alındı ki, “Arxeoloji texnologiya” şöbəsinin dissertantı Nəsibə Mustafayevanın “Azərbaycanın antik dövr metallurgiya və metal işləmə problemləri” adlı tarix üzrə fəlsəfə doktorluğu dissertasiya mövzusu “Son Tunc və İlk Dəmir dövrü Covdar nekropolunun metal məmulatı” adı ilə əvəzlənsin.
5. “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin doktorantı Hicran Mahmudovanın “İlk dəmir dövründə Cənubi Qafqazda arxeoloji mədəniyyətlərin qarşılıqlı təsirinin xüsusiyyətləri və inkişaf dinamikası” tarix elmləri doktorluq dissertasiya mövzusunun adında qismən dəyişiklik edilməsi barədə.
Qərara alındı ki, gündəlikdə duran bu məsələyə Elmi Şuranın növbəti iclasında baxılsın.
6. 2021-ci ildə doktoranturaya və dissertanturaya qəbul olan iddiaçıların fərdi planlarının təsdiqi.
İclasın gündəliyində duran bu məsələ ilə bağlı t.ü.f.d. Səfər Aşurov müəyyən qeydlər verərək, 2021-ci ildə doktoranturaya və dissertanturaya qəbul olan iddiaçıların fərdi planlarının təsdiq edilməsini lazım bildi. Yekdil səslə 2021-ci ildə doktoranturaya və dissertanturaya qəbul olunan iddiaçıların fərdi planlarının təsdiq edilməsi qərara alındı.
7. Cari məsələ.
Sonda cari məsələlər müzakirə olundu. Müzakirədə t.e.d., professor Hidayət Cəfərov, t.e.d., professor Nəcəf Müseyibli, t.e.d., professor Qəfər Cəbiyev t.e.d., professor Şirin Bünyadova, t.e.d Güllü Məmmədli, t.ü.f.d. Emil Kərimov, t.ü.f.d. Bəhlul İbrahimli və t.ü.f.d. Akif Quliyev iştirak etdilər.






© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.