Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


İNSTİTUTUN TARİXİ

İnstitut 1993-cü ildə yaradılmışdır.

Əsas fəaliyyət istiqamətləri:

Azərbaycanda arxeologiya və etnoqrafiya elmləri sahəsində fundamental və innovasiya xarakterli elmi tədqiqatların həyata keçirilməsi.

Əsas elmi nəticələr:

Azərbaycan arxeoloqlarının uzun illər ərzində apardıqları tədqiqatlar nəticəsində ölkəmizin dünyada ən qədim insan məskənlərindən, erkən sivilizasiya mərkəzlərindən biri olması maddi faktlarla sübuta yetirilmişdir. Aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Azərbaycanda qədim insanlar hələ iki milyon il əvvəl məskunlaşmışdır. Erkən əkinçilik mədəniyyətlərinə aid yaşayış məskənləri, tunc dövrünün yaşayış yerləri, şəhər tipli abidələri, yüzlərlə qəbirləri, antik və orta əsrlərə aid şəhərlər və s. çoxsaylı abidələr qazılıb tədqiq edilmişdir. Aparılan araşdırmalar Azərbaycanın qədim dövr tarixinin bir sıra qaranlıq səhifələrinə işıq salmış və bu elmi nailiyyətlər vətənimizin tarixinin yazılması üçün mühüm əhəmiyyət kəsb edən maddi faktların aşkara çıxarılması ilə nəticələnmişdir. Respublikanın bütün bölgələrində aparılan etnoqrafik tədqiqatlarla əhalinin məişəti, adət-ənənələri, maddi və mənəvi mədəniyyəti öyrənilmişdir.