Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN TƏŞKİLATÇILIĞI İLƏ “QARABAĞIN ARXEOLOJİ İRSİ” MÖVZUSUNDA BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLƏCƏK

Something0
28-30 noyabr 2016-cı il tarixində AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun təşəbbüsü və təşkilatçılığı ilə “Qarabağın arxeoloji irsi” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcəkdir.

FRANSALI ALİMLƏRİN İŞTİRAKI İLƏ AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNDA TƏŞKİL EDİLMİŞ YAY MƏKTƏBİ

Something0
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda gənc mütəxəssislərin kadr hazırlığını gücləndirmək məqsədilə 10 günlük Yay məktəbi layihəsi təşkil edilmişdir.

AZƏRBAYCAN-YAPONİYA BEYNƏLXALQ EKSPEDİSİYASININ DAMCILI MAĞARASINDA APARILMIŞ TƏDQİQATLARIN NƏTİCƏSİ

Something0
Ötən 2015-ci ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Aveydağ qoruğu və Tokio Universiteti arasında imzalanan memaranduma əsasən, cari 2016-cı ildən etibarən Qazax rayonu Daşsalahlı kəndi ərazisində, Avey dağı ətəyindəki Damcılı mağarasında daş dövrünün müxtəlif mərhələlərinə aid layların tədqiqi planlaşdırılmışdı.

QƏBƏLƏDƏ APARILMIŞ ARXEOLOJİ TƏDQİQATLAR NƏTİCƏSİNDƏ AŞKARLANMIŞ VƏ ELMİ ÇEVRƏLƏRDƏ SENSASİYA DOĞURACAQ ARXEOLOJİ TAPINTILAR

Something0
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Qəbələ rayonu ərazisindəki Xalkolit və Tunc dövrlərinə (e.ə. 4-3-cü minilliklər) aid arxeoloji abidələrin tədqiqi ilə məşğul olan “Qədim Qəbələ” ekspedisiyası 2016-cı ilin yay mövsümündə araşdırmaları davam etdirmişdir. İnstitutun elmi işlər üzrə direktor müavini Nəcəf Müseyiblinin rəhbərlik etdiyi bu ekspedisiyanın əsas tədqiqat obyekti əvvəlki illərdə olduğu kimi bu il də Qəbələ beynəlxalq aeroportu ərazisindəki Leylatəpə arxeoloji mədəniyyətinə aid Qalayeri qədim yaşayış məskəni olmuşdur.

ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNDA 20 YANVAR FACİƏSİNİN 26-CI İLDÖNÜMÜNƏ HƏSR EDİLMİŞ ANIM TƏDBİRİ

Something0
18 yanvar tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar tədbir keçirildi. Anım tədbirinə İnstitutun rəhbərliyi, şöbə və bölmə rəhbərləri, əməkdaşları qatılmışlar.
Anım tədbirində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova çıxış etmişdir.