Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


“ŞABRAN: TARİXDƏN BU GÜNƏ VƏ SABAHA” MÖVZUSUNDA BEYNƏLXALQ ELMİ KONFRANS
  07.06.2015
Something0
Mayın 30-da Şabran şəhərində Amerika Birləşmiş Ştatları, İngiltərə və başqa ölkələrin tanınmış universitetlərinin elm adamlarının iştirakı ilə “Şabran: tarixdən bu günə və sabaha” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Şabran Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi beynəlxalq elmi konfransın iştirakçıları əvvəlcə qədim Şabran şəhərinin qalıqları və ərazidə aparılan qazıntı işləri ilə yaxından tanış olublar.
“Şabran şəhəri” Tarixi Qoruğu ilə tanışlıqdan sonra beynəlxalq elmi konfransın iştirakçıları ümummilli lider Heydər Əliyevin Şabran şəhərində ucaldılan abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Şabran Tarix-Diyarşünaslıq Muzeyi və Xaqani Poeziya Evi ilə tanışlıqdan sonra beynəlxalq elmi konfrans öz işinə başlayıb. Konfransda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, akademiklər Teymur Bünyadov, Nailə Vəlixanlı, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova, Şabran arxeoloji ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru Qoşqar Qoşqarlı çıxış edərək, beynəlxalq tədbirin əhəmiyyətindən danışıblar. Bildirilib ki, beynəlxalq elmi konfransın keçirilməsinin əsas məqsədi dünya alimlərini bu qədim yaşayış məskəni barədə məlumatlandırmaqdan ibarətdir.
Tədbirin sonunda konfrans iştirakçıları adından beynəlxalq elm ictimaiyyətinə müraciət qəbul olunub.