Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


  2008-ci il     2009-cu il     2010-cu il
2010-cu ildə İnstitut əməkdaşlarının onlarla elmi məqalələri, tezisləri və monoqrafiyaları nəşr olunmuşdur. Bundan əlavə konfrans materiallarından ibarət məcmuə çap olunmuşdur. Bütün bu elmi əsərlər ən qədim dövrlərdən müasir günümüzədək Azərbaycanın maddi və mənəvi mədəniyyətinin müxtəlif problemlərini əhatə edir. Ümumiyyətlə, cari ildə İnstitut üzrə 125 məqalə və tezis çap olunmuşdur. Onlardan 54-ü xarici ölkələrdə nəşr olunmuşdur. Institutun Elmi Şurasında müzakirə edilərək nəşr olunmuş 14 kitablar və jurnal aşağıdakılardır:

1. "Azərbaycanda arxеoloji tədqiqatlar - 2009". Bakı 2010.

Azərbaycan rеspublikasının Prеzidеnti cənab Ilham Əliyеvin xüsusi fərmanı əsasında AMЕA Arxеologiya və Еtnoqrafiya Institutuna ayrılmış vəsait hеsabına 2009-cu ildə gеniş arxеoloji qazıntı işləri davam еtdirilmişdir. Bu qazıntılar nəticəsində 10-larla yaşayış məskəni və qəbir abidələri tədqiqata cəlb еdilmişdir, çoxsaylı maddi mədəniyyət qalıqları aşkar еdilmişdir. Həmin tədqiqatların yеkunlarını özündə əks еtdirən bu topluda daş dövründən başlayaraq orta əsrlərə qədərki bütün mərhələlərə aid abidələrdə Arxеologiya və Еtnoqarfiya Institutunun еkspеdisiyalarının apardığı qazıntı işlərinin ümumiləşdirilmiş nəticələri öz əksini tapmışdır.

2. "Azərbaycan Arxеologiyası və Еtnoqrafiyası" jurnalı, 2009, № 2. Bakı 2010.

Jurnalda Azərbaycan arxеologiyasının və еtnoqrafiyasının aktual problеmlərinə həsr olunmuş 10-larla еlmi məqalə nəşr еdilmişdir. Bu məqalələrdə həm əvvəlki illərdə toplanmış və son illərin çöl tədqiqatları nəticəsində aşkara çıxarılmış arxеoloji və еtnoqrafik matеrialların еlmi şərhi vеrilmişdir.

3. “Qarabağ daş dövründə”. Beynəlxalq elmi konfransının materialları. Bakı - 2010 (17,625 ç.v., rus və ingilis dillərində).

Düz 50 il əvvəl Azərbaycanın qədim bölgəsi olan Qarabağda görkəmli Azərbaycan arxeoloqu Məmmədəli Hüseynov Azıx mağarasında paleolit dövrü düşərgəsi aşkar etmişdir. Uzun illər Azıx mağarasında aparılan qazıntılar bu ərazidə ibtidai insanların hələ 2 milyon il əvvəl məskunlaşdığını və bu düşərgənin dünyada ən qədim insan məskənlərindən biri olduğunu sübut etmişdir. Lakin, Qarabağın Ermənistan tərəfindən işğalı həm Azıx düşərgəsinin, həm də bölgədəki digər tarixi-arxeoloji abidələrin elmi tədqiqinin qarşısını almışdır. Azıx paleolit düşərgəsinin kəşf edilməsinin 50 illiyinə həsr olunmuş beynəlxalq emi konfransın nəşr olunan bu toplusunda həm Azıx düşərgəsi, eyni zamanda Qarabağın və ümumiyyətlə Azərbaycanın digər daş dövrü abidələri, həmçinin bütövlükdə Qafqaz və ətraf ərazilərin paleolit dövrü abidələri barədə məqalələr yer almışdır.

4. M.M.Hüseynov. "Azərbaycanın qədim paleoliti". Bakı, 2010 (31 ç.v., rus dilində).

Kitab Azərbaycan ərazisindəki erkən paleolit mədəniyyətləri üzrə, müəllif tərəfindən aşkar olunmuş paleolit materiallarına əsaslanan ilk ümumiləşdirici əsərdir.
Arxeoloji tədqiqatlar nəticəsində müəllifin rəhbərliyi altında, paleolitin müxtəlif dövrlərinə aid olan bir sıra mağara düşərgələri aşkara çıxarılmışdır. Bu ilk dəfə olaraq Azərbaycanın ən qədim tarixi üçün, Quruçay mədəniyyətinin (Olduvay), aşelin (erkən, orta və son), mustyenin və son paleolitin daxil olduğu pleolitin dövrləşməsini müəyyən etməyə imkan vermişdir.
Azıx mağarasında erkən, orta və son aşelə tarixlənən ocaq qalıqları aşkar edilmiş və öyrənilmişdir ki, bu da arxeologiyaya əhəmiyyətli töfhədir. Belə ki, müxtəlif quruluşlu ocaqlar bu cür qədim laylarda ilk dəfə qeydə alınmışlar. Artıq aşelin (mindelin) əvvəllərində odun süni yolla əldə olunmasının mövcudluğu barədə fikir söylənilmişdir. Azərbaycanın qədim paleolit düşərgələrinin daş avadanlığının təfsilatlı texniki-tipoloji səciyyəsi verilmişdir ki, bunun da əsasında, müəllif tərəfindən 1,2 mln. il əvvəldən artıq bir dövrlə tarixləndirilən Quruçay mədəniyyətinin mövcudluğu qeyd edilmiş və əsaslandırılmışdır.
Tədqiqat obyektləri Azıx, Tağlar, Damcılı və Daşsalahlı paleolit mağara düşərgələri olmuşlar. İş müəllifin, 1956-1983-cü illərdə apardığı tədqiqatların materiallarına əsasında yazılmışdır.

5. A.Əlizadə. "Lahıc". Bakı, 2010 (524 s., rus dilində).

İndiki zamanda Azərbaycan Respublikasının İsmayıllı rayonunun şəhərtipli qəsəbəsi olan Lahıc XVIII - XIX əsrlərdə, ustaların, başlıca olaraq da mis və silah ustalarının sənəti sayəsində, Qafqazda metal emalı məktəbinin formalaşdığı iri sənət istehsalı mərkəzlərindən birinə çevrilmişdi. Monoqrafiyada, çoxillik çöl etnoqrafik tədqiqatlar, ədəbiyyat və arxiv materialları əsasında Lahıc əhalisinin formalaşması, onun sənətkarlıq məşğuliyyəti, maddi və mənəvi mədəniyyət məsələləri, həmçinin də lahıclıların XIX - XX əsrin əvvəllərində ailə və ailə məişəti məsələləri üzrə tarixi-etnoqrafik tədqiqatların nəticələri öz əksini tapmışdır.

6. "Orta əsr Şəmkir şəhər yеri. Şəmkir arxеoloji еkspеdisiyasının tədqiqatları - 2009". Bakı 2010, 268 səh.

Arxеologiya və Еtnoqrafiya Institutunun Şəmkir arxеoloji еkspеdisiyasının orta əsr Şəmkir şəhər yеrində 2009-cu ildə apardığı arxеoloji qazıntı işlərinin yığcam nəticələri bu kitab-albomda öz əksini tapmışdır. Burada qazıntılar barədə ətraflı məlumat şərh еdilmiş, saxsı, mеtal, daş məmulatı, bəzək əşyaları, еpiqrafik matеriallar, məişət əşyaları və s. rəngli foto illüstrasiyalarla nəşr еdilmişdir.

7. F.Vəliyev. "XIX - XX əsrin əvvəllərində Azərbaycanın maddi mədəniyyəti (tarixi - etnoqrafik tədqiqat)". Bakı, 2010, 424 səh.

Bu monoqrafiya etnoqrafiya elminin ən aktual və həlli vacib olan problemlərindən birinə - maddi mədəniyyət probleminə həsr olunmuşdur. Monoqrafiyada ilk dəfə olaraq Azərbaycan xalqının maddi mədəniyyətinin (xalq yaşayış məskənləri və evlər, geyimlər və bəzəklər, yeməklər və içkilər, xalq nəqliyyatı vasitələri, yollar və rabitə vasitələri) təkamülünə, daxili imkanları hesabına inkişaf edərək zənginləşməsinə təsir edən təbii-coğrafi, tarixi-siyasi, sosial-iqtisadi və etno-mədəni amillər yeni baxış bucağında nəzərdən keçirilərək araşdırılmış, maddi mədəniyyətin formalaşmasında tarixi varislik prinsipinin, xalqın minilliklər boyu yaratmış olduğu empirik bilik, bacarıq və təcrübələr sisteminin rolu açılıb göstərilmiş, ayrı-ayrı bölgələrin madi mədəniyyətinin spesifik-lokal cəhətləri ümumiləşdirilərək XIX - XX əsrin əvvəllərinin maddi mədəniyyət kompleksinin real elmi-etnoqrafik mənzərəsi yaradılmışdır.

8. “Ağsu şəhəri orta əsrlərdə”. Kitab-albom, Bakı, 2010, 398 səh.

“Ağsu şəhəri orta əsrlərdə” kitab-albomu Ağsu arxeoloji ekspedisiyasının 2010-cu ilin mart-aprel ayları ərzində aparmış olduğu tədqiqatların ilkin, həm də yığcam təqdimatdır. Bu kitab-albomda orta əsr Ağsu şəhərində aparılan arxеoloji qazıntılar nəticəsində aşkara çıxarılmış mеmarlıq qalıqları saxsı, daş, mеtal və s.-dən ibarət arxеoloji matеriallar, çoxsaylı numizmatik matеriallar nəşr еdilmişdir.

9. M.C.Xəlilov. "Albaniyanın yaşayış yerləri (IV - X əsrlər)". Bakı, 2010, 284 səh.

Kitab Qafqaz Albaniyasının IV - X əsrlərə aid yaşayış yerlərinin tədqiqinə həsr olunmuşdur. Bu monoqrafiya həmin mövzuda yazılmış ilk ümumiləşdirilmiş elmi əsərdir. Kitabda abidələrin arxeoloji öyrənilmə tarixi, yeri məlum olmayan yaşayış məntəqələrinin lokallaşdırılması məsələsi, müxtəlif tiplərə ayrılmış abidələrin səciyyəsi və müvafiq dövrün alban inşaat sənəti problemi öz əksini tapmışdır.

10. M.İ.Əliyeva. "Cəlil Məmmədquluzadə yaradıcılığında xalq məişəti (etnoqrafik tədqiqat)", Bakı, 2010, 174 səh.

Monoqrafiya C.Məmmədquluzadə yaradıcılığında xalq məişətinin etnoqrafik xüsusiyyətlərinin etnoqrafik tədqiqinə həsr olunmuşdur. Burada görkəmli ədibin hekayə, dram əsərləri və felyetonları əsasında ailə və ailə məişəti mənəvi mədəniyyət, ictimai məişət və milli psixologiya məsələləri müqayisəli elmi təhlilə cəlb olunur.

11. A.Seyidov, V.Baxşəliyev, V.Mahmudova. "Xələc". Bakı - 2010, 220 səh.

Monoqrafiyada Naxçıvanın ən mühüm arxeoloji abidələrindən biri olan Xələc yaşayış yeri və orada aşkar olunan maddi mədəniyyət nümunələrindən bəhs olunur. Kitab tədqiqatçılar və ali məktəb tələbələri üçün nəzərdə tutulmuşdur.

12. V.Əhmədova. "XIX - XX əsrin əvvəllərində Azərbaycanda ovçuluq və balıqçılıq (tarixi - etnoqrafik tədqiqat)". Bakı, 2010; 160 səh.

Monoqrafiyada XIX - XX əsrin əvvəllərində Azərbaycanda ovçuluq və balıqçılıq təsərrüfat məişəti ilə bağlı tarixi - etnoqrafik tədqiqatdan bəhs olunur. Burada ovçuluq və balıqçılıq təsərrüfatından bəhs edən məqalələri nəzərə almasaq ilk dəfədir ki, monoqrafiya şəklində araşdırmalar aparılmışdır. Monoqrafiya arxeoloji və arxiv materialları, ədəbiyyat və məlumatçıların verdiyi etnoqrafik materiallar əsasında yazılmışdır.

13. H.Ramazanlı. "Şimalı Azərbaycanda fayans istehsalı (e.ə. IV min. - y.e. XIV ə.)". Bakı, 2010, 384 səh.

Kitabda Azərbaycanda arxеoloji qazıntılar nəticəsində aşkar еdilmiş fayans məmulatları tədqiq еdilmişdir. Fayans məmulatı əsasında hazırlanmış müxtəlif növ məmulatlar Misir, Mеsopotamiya, Hindistan, Çin və s. qədim mədəniyyət məkzlərində aşkar еdilmiş analoji matеriallarla müqayisəli şəkildə şərh еdilmişdir.

14. Ə.Babayev. "Ağal-Bəbə piri kompleksi və Maştağanın müqəddəs şəxsləri". Bakı, 2010, 40 səh.

Kitabçada Ağal-Bəbə piri kompleksi və Maştağanın müqəddəs şəxsləri haqqında söhbət açılır.