Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


  2008-ci il     2009-cu il     2010-cu il
2008-ci ildə İnstitut əməkdaşlarının onlarla elmi məqalələri, tezisləri və monoqrafiyaları nəşr olunmuşdur. Bundan əlavə konfrans materiallarından ibarət məcmuə çap olunmuşdur. Bütün bu elmi əsərlər ən qədim dövrlərdən müasir günümüzədək Azərbaycanın maddi və mənəvi mədəniyyətinin müxtəlif problemlərinin əhatə edir. Ümumiyyətlə, cari ildə İnstitut üzrə 250-ə yaxın məqalə və tezis çap olunmuşdur. Institutun Elmi Şurasında müzakirə edilərək nəşr olunmuş kitablar aşağıdakılardır:

1. “Azərbaycanda arxeoloji tədqiqatlar - 2008”. Bakı, 2008, 150 s.

Kitabda Respublika Prezidenti cənab İlham Əliyevin məlum - 2008-ci il fevral fərmanı ilə ölkə ərazisində arxeoloji qazıntıların aparılmasına və genişləndirilməsinə dair maliyyə vəsaitinin ayrılması ilə gerçəkləşdirilən irimiqyaslı arxeoloji qazıntıların nəticələri əks olunmuşdur. Ayrı-ayrı abidələrdə müxtəlif ekspedisiyalar tərəfindən aparılan arxeoloji qazıntılar və onlardan əldə edilən maddi mədəniyyət nümunələri müəlliflər tərəfindən geniş elmi təhlil edilmişdir.

2. “Azərbaycan arxeologiyası” (orta əsrlər) VI cild, Bakı, 2008, 632 s.

Kitabda Azərbaycanın orta əsr arxeoloji abidələri - şəhər xarabalıqları, qala və qəsrləri, kənd tipli yaşayış yerləri səciyyələndirilir, urbanizasiya prosesinin səviyyəsi müəyyənləşdirilir, arxeoloji qazıntılardan əldə olunmuş maddi mədəniyyət elementlərinin tipoloji təsnifatı aparılır, faktik materiallar əsasında kənd təsərrüfatı, sənət istehsalı və ticarətin inkişaf dinamikası təyin olunur, dövrün incəsənəti, bəzək əşyaları, dini tikililəri, xatirə abidələri, məzar daşları araşdırılır. Ümumiyyətlə, bu cild Azərbaycanın orta əsrlər arxeologiyasının XXI əsrin əvvəllərindəki durumunu əks etdirir. Görülmüş işlərə yekun vurur və həllini gözləyən aktual problemləri üzə çıxarır.

3. “Azərbaycan etnoqrafiyası” (I və III cildlər). Bakı, 2008.

4. “Şəmkir: Arxeoloji irsi, tarixi və memarlığı” I Respublika elmi-praktiki konfransının materialları. Bakı, 2008 (4969). Kitab 28-29 noyabr 2007-ci ildə Şəmkir şəhərində keçirilmiş konfransın materiallarından ibarətdir. Konfrans İnstitutla birgə regionların inkişafı İctimai Birliyinin xəttilə həyata keçirilmişdir. Materiallar toplusunda Şəmkirin arxeologiyasına, memarlığına, incəsənətinə, əhalinin etnoqrafiyasına dair onlara məqalə dərc edilmişdir.

5. М.Nеmət «Аzərbaycanın еpiqrafik abidələri külliyyatı» IV cild (Quba-Xaçmaz və Cənubi Dağıstanın ərəb-fars-türkdilli kitabələri - VIII-XX əsrin əvvəli). Bakı, 2008 (168 səh.).

Кülliyyatda Аzərbaycanın еpiqrafik abidələri əsasında оnun həmdövr sоsial-iqtisadi məsələləri, siyasi tariхi öz əksini tapmışdır. Кitabələr üzərində adlar, titullar, еpitеtlər və digər şеylər öz əksini tapır.
Qafqaz və Çıraqqala hərbi müdafiə istеhkamları, Şirvan ərazisindəki abidələrdəki kitabələr şərh еdilir.
Göstərilən dövr ərzində Şirvan dövlətinin və Cənubi Dağıstan ərazisinin еpiqrafik abidələri - dini оcaqlar, sufi mərkəzləri, хanəgahlar, zaviyə və başqa dini cəmiyyətlər də gеniş təhlil оlunur. Кitab tariхçilər, еpiqrafika ilə məşğul оlan alimlər, arхitеktоrlar, incəsənət adamları, filоlоqlar və s. üçün nəzərdə tutulmuşdur.

6. F.R.Mahmudov “Cənubi-Şərqi Azərbaycanın tunc və erkən dəmir dövrü mədəniyyəti”. Bakı. 2008 (13,5 ç.v.). Kitab müəllifin vəfatından çox sonra, t.e.d., professor Q.S.İsmayılzadənin elmi redaktorluğu ilə nəşr edilmişdir. Kitabda Cənubi-Şərqi Azərbaycanın tunc və erkən dəmir dövrü abidələri tarixi-arxeoloji baxımından ilk dəfə sistemləşdirilir, 30-dək arxeoloji baxımdan obyekt təhlil olunur, Muğan arxeoloji dəstəsinin fəaliyyət sahələri geniş işiqlandırılır. Jak de-Morqan qardaşlarının arxeoloji işləri qeyd olunur, Uzuntəpə qəbirstanlığının, Lənkəran və Masallıda diyarşunaslıq muzeylərinin arxeoloji kolleksiyasına nəzər yetirilir. Dəfn adətlərinə, abidələrin xronologiyasına, interpretasiyaya geniş yer verilmişdir.

7. Q.S.İsmayılzadə “Azərbaycan Qafqazın erkən tunc dövrü mədəni sistemi”. Bakı, 2008. (19 ç.v.).


Bu əsər Azərbaycan ərazisində Kür-Araz erkən tunc dövrü mədəniyyətini ümumi müddəalarına həsr olunmuş ilk əsərdir. Əsas etibarilə materiallar çox təbəqəli təsərrüfat-məişət kompleksələrini arxeoloji tədqiqi zamanı aşkar olunmuş materialllardır. Kiçik Qafqazın cənub-şərq hissəsinin arxeoloji abidələri əsərdə geniş şərh olunur, Kür-Araz mədəniyyətinin erkən tunc dövründə Azərbaycan ərazisində oynadığı mühüm rol göstərilir. E.ə. IV-III minilliklərdə Azərbaycanda erkən əkinçi-maldar tayfaların iqtisadi və sosial strukturu ilə bağlı məlumatlar əks olunmuşdur.
Kitab arxeoloqlar, tarixçilər, tarix fakültələrinin tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutlmuşdur.

8. Ə.Əliyev “Qədim albanların silahları” Bakı, 2008. (15ç.v.)

Monoqrafiyada qədim Albaniya ərazisində aparılmış arxeoloji tədqiqatlar nəticəsində aşkar edilmiş silahların təsnifatı verilməklə, dövrü, yayılma arealı, istehsalı, silahların daşınma üsulu və s. məsələlər öz əksini tapmışdır. Burada həmçinin qədim müəlliflərin albanların hərb sənəti, silahlarına dair məlumatları mənbələrin dili ilə verilmişdir.

9. Q.Rəcəbli. “Azərbaycanda qarşılıqlı yardım formaları” (tarixi-etnoloji tədqiqat). Bakı, 2008. (3,5 ç.v.).

Kitabda Azərbaycan ərazisində tarixən formlaşan qarşılıqlı yardım formalarından söhbət açılır. Əkinçiliklə, maldarlıqla bağlı qarşılıqlı yardım formaları təhlil olunur, “İməclik”, “Əvrəz” kimi ümumilli qarşılıqlı formaları göstərilir, köməkçi qarşılıqlı yardım formalarından danışılır.

10. M.Mustafayev “Araz çayı aşağı axarının orta əsr abidələri” (IX-XVII əsrlər). Bakı, 2008. (10ç.v.).

Kitabda orta əsr arxeoloji abidələrindən söhbət açılır. Azərbaycanın cənubi-şərqi hissəsində, eyni zamanda ətraf ərazilərindən olan abidələrə diqqət yetirilir, buradakı abidələr- yaşayış yerləri (kənd və şəhər tipli), qalalar, istehkamlar, digər müdafiə tikililəri və s. göstərilir. Arxeoloji materialların təhlili verilir. Kitabda Cəbrayıl, Füzuli, Zəngilan kimi düşmən tapdağındakı rayonların arxeoloji abidələri sistemləşdirilir.

11. F.Quliyev “Azərbaycanın kurqan qəbirlərində at dəfni” (324 səhifə, 48 Rus, 30 İngilis, 230 Azərbaycan).

Kitab b.e.ə. IV minillikdən - b.e.ə. I minilliyin əvvəllərinə qədərki dövrdə Azərbaycanda atçılığın təşəkkülü və inkişafını qanunauyğunluğunu aşkara çıxarmaq, atların əsləhələri ilə birlikdə qəbir abidələrində basdırılması ilə bağlı olan dəfn adətinin səbəb və məqsədlərini müəyyən etməkdir.