Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi

AE

İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ruslan Rəhimli Almaniyanın Humboldt universitetində elmi təqdimat etmişdir

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Avropa Universitetlərində gənc alimlər arasında Qarabağ təbliğatı” adlı layihə çərçivəsində 15 dekabr 2017-cı il tarixində Almaniyanın Humboldt Universitetində təqdimat və kitab sərgisi təşkil edib.

AE

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə elmlər doktoru Tufan Axundovun apardığı kameral tədqiqatlar

Cəlilabad rayonunun Üçtəpə kəndindəki Polutəpə qədim yaşayış məskənində bu ilin çöl tədqiqatları zamanı aşkar edilmiş tapıntıların kameral araşdırmaları davam etməkdədir.

AE

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi şurasının institutun 2017-ci ildə yerinə yetirdiyi işlər üzrə hesabatı

Dekabrın 11-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurası növbəti iclasını keçirdi. İclasın gündəliyinin əsas məsələsi 2017-ci il ərzində İnstitutun yerinə yetirdiyi işlər üzrə hesabat oldu.

AE

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi şurasının institutun 2017-ci ildə yerinə yetirdiyi işlər üzrə hesabatı

Dekabrın 11-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurası növbəti iclasını keçirdi. İclasın gündəliyinin əsas məsələsi 2017-ci il ərzində İnstitutun yerinə yetirdiyi işlər üzrə hesabat oldu.

AE

AMEA-nın gənc alimi Türkiyənin İstanbul universitetində qisa müddətli elmi-praktik təcrübə keçib

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, "Gənc Alim və Mütəxəssislər Şurası"nın sədr müavini Valeh Ələddin oğlu Ələkbərov Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 8-ci “Mobillik qrantı” müsabiqəsi (EİF-Mob-8-2017- 4(30)) üzrə...

AE

İslam arxeologiyası mövzusunda elmi nəzəri seminar keçirildi

Noyabrın 29 və dekabrın 1-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurası növbəti iclaslarını keçirmişdir.

AE

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi şurasının növbəti iclasları keçirildi

Noyabrın 29 və dekabrın 1-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurası növbəti iclaslarını keçirmişdir.

AE

“Qobustan: tədqiqatlar və mülahizələr” adlı kitab nəşr olunmuşdur

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nəcəf Müseyiblinin “Qobustan: tədqiqatlar və mülahizələr” adlı kitabı nəşr olunmuşdur.

AE

Qarabağın paleolit abidələri barədə əsər ABŞ Konqresinin və Harvard Universitetinin kitabxanalarına göndərildi

Bu günlərdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Daş dövrü arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru Əsədulla Qüdrət oğlu Cəfərovun “Qarabağın paleolit düşərgələri” adlı 23 çap vərəqi həcmində kitabı ABŞ Konqresinin və Harvard Universitetinin kitabxanalarına göndərilmişdir. Kitab 2016-cı ilin aprel ayında müqəddəs Qarabağ torpaqlarını azad edərkən şəhid olmuş qəhrəman Azərbaycan əsgərlərinin əziz xatirəsinə həsr olunmuşdur.

AE

Oğuz bölgəsi və ətraf ərazilərin arxeoloji tədqiqatları barədə əsər nəşr edilib

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, Oğuz arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Taleh Əliyevin “Oğuz və ətraf ərazilər orta əsrlərdə (tarixi-arxeoloji tədqiqat)” monoqrafiyası nəşr edilmişdir.

AE

Sonu görünməyən axtarış yollarında

Azərbaycan arxeologiyasının qocaman mütəxəssislərindən biri, bir çox orta və gənc nəsil alimlərimizin müəllimi, tədqiqatları arxeoloqlarımız üçün stolüstü dərslik olan tarix üzrə fəlsəfə doktoru Firuzə Məmmədrza qızı Muradovanın 1999-cu ildə “Azərbaycan arxeologiyası” jurnalına (Xəzər Universiteti, 1999, c.1, № 3-4) verdiyi səmimi və ətraflı müsahibəsini kiçik redaktə və ixtisarla, qocaman tədqiqatçının elmi tədqiqatlarında mühüm lakin indiyədək bilinməyən məqamları oxucularımıza təqdim edirik.

AE

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin tədqiqatları nəticəsində Masallı rayonu ərazisində kurqan tipli qəbir abidələri aşkar olunub

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin kəşfiyyat xarakterli tədqiqatları nəticəsində Masallı rayonunun Bədəlan-Xanalion kənd yolunun sol tərəfində, eyniadlı çayın sağ sahilində, Lənkəran ovalığında, Talış dağlarının ətəklərində yerləşən kurqan tipli qəbir abidələri aşkar edilib.

AE

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun professoru, tarix üzrə elmlər doktoru Rauf Hüseynzadənin və mərhum professor Qəmərşah Cavadovun “Udinlər. Tarix. Müasirlik. Maddi və mənəvi mədəniyyət” adlı əsərinin rus dilində ikinci nəşri

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun professoru, tarix üzrə elmlər doktoru, tarixçi və etnoloq Rauf Hüseynzadənin və mərhum professor, tarix üzrə elmlər doktoru, tarixçi, etnoqraf Qəmərşah Cavadovun “Udinlər. Tarix. Müasirlik. Maddi və mənəvi mədəniyyət” əsərinin rus dilində ikinci nəşri işıq üzü görmüşdür.

AE

İnstitutun əməkdaşı tarix üzrə fəlsəfə doktoru, dosent Ruslan Rəhimli Polşa və Macarıstan universitetlərində Qarabağla bağlı təqdimatlar və kitab sərgilərində iştirak etmişdir

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Avropa Universitetlərində gənc alimlər arasında Qarabağ təbliğatı” adlı layihə çərçivəsində 26 oktyabr – 05 noyabr 2017-cı il tarixlərində Macarıstanın Pannonia və Polşanın Vistula universitetlərində gənc alimlər, doktorantlar, magistrlər, universitet müəllimləri, elmi tədqiqatçılar üçün təqdimatlar və kitab sərgiləri təşkil etmişdir.

AE

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Pirağa İsmayılzadənin Qazaxstanda keçirilmiş beynəlxalq konfransda iştirakı

8-9 noyabr tarixində Qazaxıstan respublikasının Atırau şəhərində “İbn Bətuttənin İpək yolu boyu səyahəti; mədəniyyətlər arasında dialoqu inkişaf etdirərək” adlı Beynəlxalq elmi-praktiki konfransı keçirilmişdir.

AE

2017-ci ildə Şabran ərazisində ilk tunc dövrü Çaqqallıqtəpə və antik dövr Almastəpə abidlərində davam etdirilmiş arxeoloji tədqiqatların ilkin nəticələri

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurovun rəhbərlik etdiyi Şabran arxeoloji ekspedisiyası 2017-ci ildə tədqiqat işlərini davam etdirmişdir.

AE

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları - tarix üzrə fəlsəfə doktorları Anar Ağalarzadənin və Elvin Əliyevin Şanlıurfada (Türkiyə) keçirilən “Harran və Çevrəsi” beynəlxalq arxeoloji və tarixi simpoziumunda iştirakı

02-05 noyabr tarixlərində Türkiyə Respublikasının Şanlıurfa şəhərində “Harran və çevrəsi” adlı Beynəlxalq arxeoloji və tarixi simpozium keçirilmişdir.

AE

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdirləri - tarix üzrə fəlsəfə doktorları Təvəkkül Əliyev və Fərhad Quliyevin Almaniya Arxeologiya İnstitutunun mötəbər beynəlxalq elmi dərgisinin növbəti sayının həmmüəllifləri sırasında təmsil olunublar

Azərbaycanlı alimlər Almaniyanın mötəbər beynəlxalq elmi dərgisinin həmmüəllifləri olmuşlar Almaniyada Azərbaycanda aparılan beynəlxalq arxeoloji layihənin yekunları dərc edildi

AE

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun etnososioloji tədqiqatlar şöbəsinin rəhbəri antropologiya üzrə elmlər doktoru, professor Əliağa Məmmədlinin rəhbərlik etdiyi etnoqrafik ekspedisiyanın Qriz kəndində apardığı tədqiqatlar...

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Etnososioloji tədqiqatlar şöbəsinin əməkdaşları Quba rayonunun dağlıq hissəsində yaşayan “Şahdağ qrupu” dilli xalqlarını tədqiq etməkdə davam edirlər.

AE

"Gəncə kurqanlarının" arxeoloji tədqiqatına başlanıldı

Elmi dövriyyəyə "Gəncə kurqanları" kimi daxil edilmiş abidələri tədqiq edən arxeoloji ekspedisiyanın rəhbəri, AMEA Arxeologiya və Etnoqafiya İnstitutunun sektor müdiri, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilov bildirib ki, qazıntılar Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə aparılıb: “İlk dəfə 2015-ci ildə yerüstü araşdırmalar aparmaq üçün Gəncə ərazisinə Arxeologiya və Etnoqrafiya İnstitutunun alimlərindən ibarət böyük bir qrup cəlb olunub.

AE

Tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev “2016-cı ilin alimi” mükafatina layiq görüldü

Oktyabrın 16-da AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Elmi Ekspozisiya” şöbəsinin müdiri, Tovuz Arxeoloji Ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) “Ən layiqli alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində “2016-cı ilin alimi” mükafatına layiq görülmüşdür.

AE

İnstitutun Yardımlı arxeoloji ekspedisiyasının apardığı tədqiqatlar...

Yardımlı rayonunda tunc dövrü abidələrində arxeoloji qazıntılar aparılıb.

AE

İnstitutun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nəcəf Müseyiblinin “Azərbaycan arxeologiyası: uğurlar, problemlər, perspektivlər” adlı kitabı nəşr edilib

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nəcəf Müseyiblinin “Azərbaycan arxeologiyası: uğurlar, problemlər, perspektivlər” adlı kitabı nəşr olunmuşdur.

AE

Gəgəli nekropolunda aparılan arxeoloji tədqiqatlar və dəmirçi arxeoloji-etnoqrafik muzeyinin layihəsinin təqdimatı

2 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfərləri zamanı rayonun Dəmirçi kəndində Gəgəli nekropolunda aparılan arxeoloji tədqiqatlar nəticəsində aşkara çıxarılmış maddı mədəniyyət nümunələri, tədqiqatların gedişatı və nəticələri ilə yaxından tanış olmuşlar.

AE

Balakəndə Alban katolikosluğuna aid unikal abidə aşkarlanıb

Məlum olduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Qafqaz Albaniyasının xristian abidələrinin arxeoloji tədqiqi ekspedisiyası tərəfindən Balakən rayonunun Tülü kəndi ərazisində V-IX əsrlərə aid abidə aşkar edilib.

AE

Azərbaycanlı alim Altayda iskit kurqanının arxeoloji qazıntılarında iştirak edib

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Zaur Həsən oğlu Həsənov 2017-ci ilin avqust və sentyabr aylarında Qazaxıstan Altayında yerləşən iskit-sak (skif-sak) zadəganlarına məxsus Berel arxeoloji abidəsindəki arxeoloji qazıntılarda iştirak edib.

AE

İnstitutun həmkarlar təşkilatının seçki yığıncağı keçirildi

27 sentyabr 2017-ci il tarixdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Həmkarlar Təşkilatının seçki yığıncağı keçirildi.

AE

Cəlilabad rayon Tarix-Diyarşünaslıq muzeyinə 385 maddi-mədəniyyət nümunəsi təhvil verilib

Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının birgə tədbirləri nəticəsində, Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinə aid arxeoloji əhəmiyyət kəsb edən, maddi-mədəniyyət nümunələri olan 385 (üç yüz səksən beş) ədəd əşya və predmetin Cəlilabad rayon Tarix-Diyarşünaslıq muzeyinə təhvil verilməsi təmin olunub.

AE

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor müdiri Bəxtiyar Cəlilovun rəhbərlik etdiyi Daşkəsən-Goranboy ekspedisiyasının Əmirvar kurqanında (Daşkəsən rayonu) apardığı tədqiqatların ilkin nəticələri...

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilovun rəhbərliyi altında Daşkəsən-Goranboy arxeoloji ekspedisiyası 2017-ci ildə Daşkəsən rayonu, Əmirvar kəndi ərazisində kurqan tipli qəbir abidələrində qazıntı işləri aparmışdır.

AE

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Qalatəpə antik və orta əsrlər şəhər məskənində arxeoloji tədqiqatlar aparılır

AMEA Arxeologiya və Etnoqrafiya institutunun Mil-Qarabağ ekspedisiyası 2017-ci ilin yayında Qalatəpə antik və orta əsr şəhər məskənində arxeoloji tədqiqatları davam etdirib.

AE

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Mübariz Xəlilovun Albaniya tarixi barədə əsəri nəşr edilib

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Mübariz Xəlilovun “Albaniyanın tarixi, etno-mədəni hüdudları: qərb istiqaməti” kitabı Azərbaycan, rus, ingilis dillərində çapdan çıxıb.

AE

AMEA əməkdaşları möhtəşəm beynəlxalq elmi layihədə iştirak edirlər

AMEA-nın əməkdaşları Avropa Komissiyasının “Horizon 2020” Maria Skladovska Küri Proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi, 18-ci əsrin sonu 21-ci əsrlər” layihəsi çərçivəsində Avstriya və Gürcüstanda elmi tədqiqatlar aparmaqdadırlar.

AE

Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Bəhmən Əliyevin müəllifi olduğu iki cildlik “Hindistan Etnoqrafiyası” adlı dərs vəsaiti nəşr edilib

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi və Azərbaycan Dillər Universitetinin (ADU) müəllimi, tarix üzrə fəlsəfə doktoru, etnoqraf Bəhmən Əliyevin (Ayvazalı) müəllifi olduğu “Hindistan etnoqrafiyası" adlı iki cildlik dərs vəsaiti nəşr edilmşdir.

AE

Naxçıvan Muxtar Respublikasında Azərbaycan-Fransa Beynəlxalq Ekspedisiyasının fəaliyyətə başlaması və erkən eneolit dövrünə aid daha bir yaşayış yeri kəşf edilib

2017-ci ilin avqust ayından etibarən AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və Fransanın Elmi Araşdırmalar Mərkəzinin (CNRS), həmçinin, Lion-2 Lümyer Universitetinin Aralıq dənizi və Şərq üzrə araşdırmalar Mərkəzinin (Université Lumière Lyon 2, Maison de l'Orient et de la Méditerranée (MOM), Le laboratoire Archéorient) tədqiqatçısı, arxeoloq, doktor Catherine Marronun rəhbərliyi ilə Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyası arxeoloji araşdırmalara başlamışdır.

AE

Lerikdə amerikali arxeoloqlarla birgə tədqiqatların ilkin nəticələri...

Lerik rayonunda antik dövrə aid yeni tapıntılar aşkarlanıb.

AE

Nərgiztəpə Azərbaycan tarixinin bütöv bir mərhələsinə işıq sala bilər

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu Mil-Qarabağ ekspedisiyasının Nərgiztəpə dəstəsi 2017-ci ilin yayında Xocavənd rayonu ərazisində arxeoloji tədqiqatları davam etdirib.

AE

Naxçıvan yaşayış yerində arxeoloji tədqiqatlar zamanı Dalma Təpə tipli boyalı qablar aşkar edilib

AMEA-nın müxbir üzvü, Naxçıvan şəhər arxeoloji ekspedisiyasının rəisi Vəli Baxşəliyevin bildirdiyinə görə, son illər aparılan araşdırmalar zamanı Naxçıvan ərazisində xeyli yeni arxeoloji abidə aşkar olunmuşdur.

AE

Almaniyanın Kristian Albreht adına Kil Universiteti alimlərinin elmi əməkdaşlıq üzrə tanışlıq səfəri...

İyulun 25-də Azərbaycanda səfərdə olan Almaniyanın Kristian Albreht adına Kil Universiteti (Christian Albrechts Universität zu Kiel) Tarixəqədərki arxeologiya (Prehistoric archaeology) bölümünün rəhbəri professor, doktor Yohan Müllerin (Johannes Müller) başçılığı altında bir qrup alman arxeoloqu Bakıya gəlmişlər.

AE

Azərbaycan-Yaponiya Beynəlxalq arxeoloji ekspedisiyasının Avey dağ ərazisində apardığı tədqiqatlar...

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiyanın Tokio Universiteti Muzeyi və “Avey” Dövlət Tarix Mədəniyyət Qoruğu arasında bağlanmış üçtərəfli beş illik beynəlxalq memoranduma əsasən iyul ayının 18-dən Avey dağı ərazisində Azərbaycan-Yaponiya Beynəlxalq arxeoloji ekspedisiyası arxeoloji tədqiqatlara başlamışdır.

AE

Tarix üzrə elmlər doktoru Tufan Axundovun “Qafqaz sivilizasiyasının başlanğıcı. Azərbaycan neoliti. İkinci kitab. Qarabağ neoliti ənənəsinin abidələri” adlı elektron kitabın nəşri...

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə elmlər doktoru Tufan Axundovun “Qafqaz sivilizasiyasının başlanğıcı. Azərbaycan neoliti. İkinci kitab: Qarabağ neolit ənənəsinin abidələri” adlı əsəri nəşr edilmişdir.

AE

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Akif Quliyev nüfuzlu beynəlxalq müsabiqənin münsiflər heyətinin üzvü seçilib

Azərbaycanlı alim, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Akif Quliyev Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən XI Beynəlxalq Xatirə Sikkələri “Monetnaya sozvezdiye-2017” müsabiqəsinin münsüflər heyətinin üzvü seçilib.

AE

II Tovuzçay məzarlığı abidəsində aparılan tədqiqatlar zamanı aşkar edilmiş Xocalı-Gədəbəy mədəniyyətinə aid tapıntılar

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nəcəf Müseyiblinin rəhbərlik etdiyi ekspedisiya 2017-ci ilin iyun ayında Tovuz çayının sol sahilində yerləşən Xocalı-Gədəbəy mədəniyyətinə aid, elmi dövriyyəyə “II Tovuzçay məzarlığı” adı ilə daxil olmuş abidədə arxeoloji qazıntılar aparmışdır.

AE

İnstitutun gənc əməkdaşları AMEA-nın ilk magistrləri sırasında

İyulun 7-də Azərbaycan Milli Elmlər Akademiyasının ilk magistrlərinin Məzun günü keçirilib.

AE

Tarix üzrə elmlər doktoru Nəcəf Müseyiblinin rəhbərlik etdiyi arxeoloji ekspedisiyanın Qalayeri qədim yaşayış məskənində apardığı son tədqiqatlar

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nəcəf Müseyiblinin rəhbərlik etdiyi ekspedisiya 2017-ci ilin may və iyun aylarında Qəbələ beynəlxalq aeroportu ərazisində xalkolit dövrünə - e.ə. IV minilliyin birinci yarısına aid Qalayeri yaşayış məskənində arxeoloji qazıntı işlərini davam etdirmişdir.

AE

Qobustan Milli Tarix-Bədii Qoruğunun yaradılmasının 50 illiyi qeyd edildi

İyunun 13-də Bakıda Qobustan Milli Tarix-Bədii Qoruğunun yaradılmasının 50 və UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsinin 10 illiyinə həsr olunmuş “Qobustan - mədəniyyətlərin qovşağında qayaüstü incəsənət” adlı beynəlxalq elmi konfrans işinə başlayıb.

AE

Antropologiya üzrə elmlər doktoru Əliağa Məmmədlinin müəllifi olduğu etnoloji tədqiqat əsəri nəşr edilmişdir

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun “Etnososioloji tədqiqatlar” şöbəsinin rəhbəri, antropologiya üzrə elmlər doktoru Əliağa Məmmədlinin müəllifi olduğu “Müasir cəmiyyət və etnomədəni müxtəliflik (Etnoloji oçerklər)” monoqrafiyası nəşr edilmişdir.

AE

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu ilə Neapol (İtaliya) “Şərq” Tədqiqat Universiteti arasında birgə tədqiqat və təhsil əməkdaşlığı anlaşma memorandumu imzalanıb

2017-ci il iyunun 9-da Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu ilə İtaliya respublikasının Neapol “Şərq” Unversiteti (Università degli Studi di Napoli “L'Orientale”) arasında beş il müddətinə Arxeologiya sahəsində Birgə Tədqiqat və Təhsil Əməkdaşlığı Anlaşma Memorandumu imzalandı.

AE

Arxeologiya və Etnoqrafiya İnstitutunda Qarabağ xanlığının pul dövriyyəsi mövzusunda elmi nəzəri seminar keçirilmişdir

2017-ci il iyunun 7-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda tarix elmləri doktoru Əsədulla Cəfərovun sədrliyi altında fəaliyyət göstərən elmi-nəzəri seminarın növbəti məşğələsi keçirildi.

AE

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun ixtisaslaşdırılmış elmi şurasında magistr dissertasiya işlərinin müdafiəsi

2017-ci il iyunun 7-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Magistr Dissertasiya İşlərinin Müdafiəsi Üzrə İxtisaslaşdırılmış Elmi Şurasının növbəti iclası keçirildi.

AE

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Qarabağ neolit-eneolit ekspedisiyası”nın apardığı yeni arxeoloji tədqiqatlar

“Qarabağ neolit-eneolit ekspedisiyası”nın rəisi, tarix üzrə fəlsəfə doktoru, Xəqani İmran oğlu Alməmmədovun AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “İctimaiyyətlə əlaqələr şöbəsi”nə verdyi məlumata görə, “Qarabağ neolit-eneolit ekspedisiyası” 2017-ci il tədqiqat planına əsasən, Qarabağ düzənliyində arxeoloji kəşfiyyat və yeni qeydiyyata alınmış neolit və eneolit dövrü abidələrində kəşfiyyat qazıntı işlərinə başlamışdır.

AE

Florensiyadakı (İtaliya) “Lorenzo de`Medici” və “COMNES” tədqiqatlar mərkəzinin alimləri ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda görüş keçirilmişdir

2017-ci il iyunun 1-də Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda Florensiyadakı (İtaliya) Lorenzo de` Medici Beynəlxalq İtaliya İnstitutunun Dini tədqiqatlar departamentinin (SoRS/School of Religious Studies) rəhbəri, professor Nikola Laneri (Nicola Laneri) və “Qədim Aralıq dənizi hövzəsi və Yaxın Şərq tədqiqatları Mərkəzinin” (“COMNES” / “Center for Ancient Mediterranean and Near Eastern Studies”) əməkdaşı, doktor Stefano Valentini ilə görüş keçirildi.

AE

Şamaxının dəmirçi kəndində son antik-erkən orta əsrlər dövrünə aid nekropol aşkarlanıb

Şamaxının Dəmirçi kəndi ərazisində rayon mərkəzindən 35 kilometr məsafədə, dəniz səviyyəsindən 1800 metr hündürlükdə yerli əhali arasında Gəgəli yaylağı adı ilə tanınan ərazidə son antik-erkən orta əsrlər dövrünə aid nekropol aşkar olunub.

AE

İnstitutun aparıcı elmi işçisinin madriddəki “Rey Juan Carlos” universitetində təqdimatı

Azərbaycanın İspaniyadakı səfirliyinin təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaxından iştirakı ilə mayın 24-də Madriddə bu ölkənin məşhur Rey Juan Carlos Universitetində “Azərbaycandakı multikulturalizm modeli” adlı birinci seminar keçirilib.

AE

Qazax rayonu ərazisində Damcılı və Yataqyeri paleolit abidələrində arxeoloji kəşfiyyat və qazıntı işlərinin nəticələri

Ötən ilin avqust ayında Qazax rayonu ərazisində yerləşən Damcılı və Yataqyeri qədim yaşayış düşərgələrində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Mənsur Mənsurov və İnstitutun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Azad Zeynalovun iştirak etdiyi Azərbaycan-Yaponiya arxeoloji ekspedisiyası fəaliyyət göstərmişdir.

AE

İnstitutda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar tədbir keçirildi

10 may 2017-cİ il tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

AE

2016-cı ildə institut tərəfindən yerinə yetirilmiş elmi tədqiqat və elmi təşkilati işlərin qısa hesabatı keçirildi

Aprelin 28-də Azərbaycan Milli Elmlər Akademiyasının 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş illik Ümumi yığıncaq keçirilib.

AE

İnstitutda Azərbaycan türklərinin etnogenez problemlərinə həsr edilmiş elmi nəzəri seminar keçirildi

2017-ci il aprelin 26-da AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda fəaliyyət göstərən elmi-nəzəri seminarın növbəti məşğələsi keçirildi.

AE

İmişli rayonu Qızılkənd kəndi ərazisində antik dövrə aid sikkə dəfinəsi aşkar edilib

11 aprel 2017-ci il tarixində AMEA Arxeologiya İnstitutuna İmişli sakini Rüstəmov Məmmədağa Xəlil oğlu tərəfindən rayonun Qızılkənd kəndi ərazisində gümüş sikkələrdən ibarət dəfinənin aşkar edilməsi barədə məlumat daxil olmuşdur.

AE

AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Divlər sarayı” adlı sənədli film nümayiş olundu

Aprelin 21-də AMEA Milli Azərbaycan Tarixi Muzeyi Xarici əlaqələr və elmi kütləvi iş şöbəsi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə klubun ilk filmi - ən qədim insan məskənlərindən biri olan Azıx mağarasına həsr olunmuş “Divlər sarayı” adlı sənədli filmin nümayiş olunmuşdur.

AE

Səfər Aşurov “Milli İrs mükafatına” layiq görüldü

Aprelin 18-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Rəsmi Qəbullar Sarayında Beynəlxalq abidələr və tarixi yerlər günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Milli irs mükafatı”nın təqdimetmə mərasimi keçirildi.

AE

“Naxçıvanın tarixi abidələri” adlı dərslik işıq üzü görüb

Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və Naxçıvan Dövlət Universitetinin müəllimi Fizzə Quliyevanın həmmüəllifi olduğu “Naxçıvanın tarixi abidələri” adlı dərslik işıq üzü görüb.

AE

İstanbulda "Azərbaycanlı və digərləri: Milli identikliyin formalaşması perspektivləri” kitabının təqdimatı keçirildi

11 Aprel 2017-ci il tarixində İstanbul şəhərində yerləşən İsveçin tədqiqat institutunda "Azerbaijani and Beyond". Perspectives on the Construction of National Identity. ("Azərbaycanlı və digərləri: Milli identikliyin formalaşması perspektivləri (Berlin: Verlag Dr. Köster. 2017)" adlı kitabın təqdimatı keçirilmişdir.

AE

İnstitutda Beynəlxalq Abidələr və Tarixi Yerlər gününə həsr edilmiş tədbir keçirildi

Aprelin 17-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar tədbir keçirilmişdir.

AE

İnstitutun əməkdaşları Minskdə Beynəlxalq konfransda iştirak etmişlər

Mart ayının 30-31-də Belarusun paytaxtı Minsk şəhərində "Belarus müasir geosiyasi proseslərdə” adlı beynəlxalq konfrans keçirilib.

AE

İnstitutda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirildi

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilmişdir.

AE

"Qarabağın paleolit düşərgələri" adlı kitab çapdan çıxıb

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Daş dövrü arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru Əsədulla Cəfərovun "Qarabağın paleolit düşərgələri" kitabı çap olunub.

AE

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Kür- Araz mədəniyyətinə aid Maxta (Naxçıvan MR) və Çaqqalıqtəpə (Şabran rayonu) məskənlərində aparılmış tədqiqatlardan bəhs edən elmi nəzəri seminar keçirilmişdir

2017-ci il martın 27-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda fəaliyyət göstərən elmi-nəzəri seminarın növbəti məşğələsi olmuşdur.

AE

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi

17 mart 2017-ci il tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasın əvvəlində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın Tarix üzrə Ekspert Şurasının üzvü, İnstitutun aparıcı elmi işçisi, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, AMEA Naxçıvan Bölməsinin nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü, Naxçıvan arxeoloji ekspedisiyasının Babək-Culfa dəstəsinin rəisi, “Tarix, insan və cəmiyyət” jurnalının baş redaktoru, tarix elmləri doktoru Abbas Qədir oğlu Seyidovu 60 illiyi münasibətilə təbrik etmiş, şəxsən öz adından və İnstitut əməkdaşları adından yubileyi münasibətilə professor A.Seyidova səmimi arzuları çatdırmışdır.

AE

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının geniş tərkibli iclası keçirilib

Martın 14-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda, Gənc Alim və Mütəxəssislər Şurasının 2017-ci il fəaliyyyət planının müzakirəsi və prioritet istiqamətlərinin müəyyən edilməsi, Şuraya yeni üzvlərin qəbulu, yeni İdarə Heyətinin seçilməsi və digər təşkilati məsələlər barədə geniş tərkibli iclas keçirilmişdir.

AE

Müstəqillik illərində qarabağda arxeoloji tədqiqatlar

Azərbaycanın zəngin təbiətə malik Qarabağ bölgəsi qədim dövrlərdən insanların məskunlaşdığı ərazilərdən olmuşdur.

AE

İnstitut ilə Fransanın Lion-2 Lümyer Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı

2011-ci ildə Fransa Respublikasının Elmi Araşdırmalar Mərkəzinin (CNRS) Sen-Jermen Milli Arxeologiya Muzeyi və Leon Universiteti ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu arasında Lənkəran-Lerik bölgəsi ərazisində arxeoloji tədqiqatların aparılmasını nəzərdə tutan layihə əsasında razılaşma imzalanmışdı.

AE

İnstitutda Erkən Antik dövrə aid Piboztəpə nekropolunda tədqiqatların nəticələrinə həsr edilmiş elmi seminar keçirilmişdir

24 fevral tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda erməni işğalçılarının Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

AE

İnstitutda Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş anım tədbiri...

24 fevral tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda erməni işğalçılarının Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

AE

İnstitutda 20 yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilmişdir

19 yanvar 2017-ci il tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirildi. Tədbirdə İnstitutun rəhbərliyi, şöbə və bölmə rəhbərləri, əməkdaşları iştirak edirdilər.