Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNDA 20 YANVAR FACİƏSİNİN 26-CI İLDÖNÜMÜNƏ HƏSR EDİLMİŞ ANIM TƏDBİRİ KEÇİRİLDİ
  18.01.2016
Something0
18 yanvar tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar tədbir keçirildi. Anım tədbirinə İnstitutun rəhbərliyi, şöbə və bölmə rəhbərləri, əməkdaşları qatılmışlar. Anım tədbirində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova çıxış etmişdir. Qısa giriş sözündən sonra M. Rəhimovanın təklifi ilə tədbir iştirakçıları bir dəqiqəlik sükutla 20 Yanvar şəhidlərinin xatirəsini yad etdilər. M. Rəhimova çıxışına davam edərək bildirdi ki, 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə xalqımızın yaddaşına “Qanlı Yanvar” hadisəsi kimi həkk oldu. “Belə ki, qeyrətli oğul və qızlarımız işğalçı sovet ordusunun qarşısına əliyalın çıxaraq ədalət tələb edən Azərbaycan xalqının milli əzmini və yenilməzliyini bütün dünyaya tanıtdırdılar”. Natiq davam edərək bildirdi ki, 20 Yanvar qırğınından sonra məhz Ulu Öndər Heydər Əliyev bütün təhlükələrə baxmadan keçirdiyi mətbuat konfransında Bakıda baş vermis qırğına görə Kremli ittiham etdi. Həmin ilin 21 noyabrında yenə də Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verildi. “Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev də şəhidlərimizin ailələrinin və 20 Yanvar əlillərinin dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunmasını apardığı siyasi kursun prioritetlərindən birinə çevirmişdir. Elə bir neçə gün öncə, yanvarın 16-da Prezident İlham Əliyev 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması və “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 yanvar tarixli 370 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılması nəzərdə tutulmuşdur” – deyə M. Rəhimova öz çıxışında vurğuladı.
Mövzu ilə bağlı tarix üzrə elmlər doktoru Əsədulla Cəfərov, İnstitutun Həmkarlar təşkilatının sədri, şöbə müdiri, tarix elmləri namizədi Abuzər Ələkbərov, aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimli həmçinin, İnstitutun digər şöbə, bölmə rəhbərləri və əməkdaşları çıxış etmişlər.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı
Pərviz Qasımov
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com