Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNDA ALMAN TƏDQİQATÇISI M. REİNHARD İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
  20.05.2016
Something0
Mayın 19-da AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Almaniyadan gəlmiş mütəxəssis doktor Michael Reinhard ilə görüş keçirilmişdir. Doktor M.Reinhard`ın Azərbaycana gəlişinin səbəbi – Qarabağın qədim, otra əsr və yeni dövr tarixinə olan marağıdır. Onun bildirdiyinə görə Qarabağ tarixinə, xüsusilə də Albaniya dövrünə aid Almaniyada kitab çap etdirmək niyyətindədir və bu məqsədlə də elmi biliklərini zənginləşdirmək üçün Azərbaycan alimləri ilə görüşlər keçirir.
Görüşdə Arxeologiya və Etnoqrafiya İnstitunun albanşünas alimləri M.Reinharda Qarabağın zəngin tarixi, bu bölgənin qədim Azərbaycan ərazisi olması barədə ətraflı məlumatlar verdilər. Eyni zamanda mütəxəssislər Rusiya imperiyası tərəfindən XIX əsrin ortalarından başlayaraq Qarabağa köçürülmüş ermənilərin mütəmadi olaraq Azərbaycan abidələrini özününküləşdirmə siyasətindən, bu yöndən olan saxtakarlıqlarla guya bu ərazilərdə qədimdən yaşamalarını sübut etməyə cəhdlərindən söz açdılar. M.Reinharda nəşr edəcəyi kitabda belə saxta cəhdlərə cavab olaraq Qarabağın tarixinin tam obyektiv işıqlandıracağını bildirdi.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı
Pərviz Qasımov
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com