Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


AMEA GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏR ŞURASININ “MƏDƏNİ İRSİMİZİ ÖYRƏNİRİK” DEVİZİ ALTINDA TƏDBİRİ KEÇİRİLİB
  23.05.2016
Something0
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının 2016-cı il tədbirlər planına uyğun olaraq növbəti tədbirlərdən biri həyata keçirilib. Tədbir elmin təbliği ilə yanaşı mədəni irsimizin öyrənilməsinin təşviqinə həsr edilib. 23 may 2016-cı il tarixində, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin Gənc Alim və Mütəxəssislər Şuraları, Suraxanı rayonu E.Qaranzadə adına 270 saylı orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə “Mədəni irsimizi öyrənirik” devizi altında məktəblilər üçün tədbir keçirilib. Tədbirin xüsusiyyətini nəzərə alaraq Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun müzeyi və açıq səma altında qayaüstü rəsmlər müzeyi ərazi olaraq seçilib. Tədbirdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasını sədri, t.ü.f.d. B.Cəlilov və Milli Azərbaycan Tarixi Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasını sədri, t.ü.f.d. B. Kərimov Azərbaycanın mədəni irsinin öyrənilməsində və mühafizəsi sahəsində AMEA strukturuna daxil olan müəssisə və təşkilatlar tərəfindən görülən elmi işlər və həyata keçirilən tədbirlər haqqında məktəbliləri məlumatlandırmışlar. Daha sonra məktəblilər Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun müasir texnologiyalardan istifadə edilməklə yaradılan müzeyi ilə yaxından tanış olmuş, Azərbaycanın qədim mədəni irsi haqqında dolğun bilgilər əldə etmişlər. Açıq səma altında Qobustan qayaüstü təsvirləri ilə tanışlıq məktəblilərdə böyük maraq yaratmış, ortaya çıxan suallar Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri tərəfindən cavablandırılaraq qayaüstü rəsmlər haqqında əlavə məlumatlar verilmişdir. Mədəni irsimizin öyrənilməsi və qədim maddi mədəniyyət nümunələri ilə yaxından tanışlıq məktəblilərdə xoş təəssüratlar yaratmışdr.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı
Pərviz Qasımov
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com