Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


FRANSALI ALİMLƏRİN İŞTİRAKI İLƏ AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNDA YAY MƏKTƏBİ TƏŞKİL EDİLMİŞDİR
  06.09.2016
Something0
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda gənc mütəxəssislərin kadr hazırlığını gücləndirmək məqsədilə 10 günlük Yay məktəbi layihəsi təşkil edilmişdir. Layihənin əsas təşəbbüskarları və təşkilatçıları Fransanın Milli Elmi Araşdırmalar Mərkəzinın (Centre National de la Recherche Scientifique, CNRS) arxeologiya üzrə professoru, doktor Bertil Lionet və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, arxeoloq Fərhad Quliyevdir.
Yay məktəbində antropologiya, paleobotanika ixtisasları və qazıntı metodikaları üzrə ingilis və fransız dillərində seminarlar tədris olunur. Antropologiya ixtisası üzrə Avrora Lambert, paleobotanika ixtisası üzrə Aleksiya Desai, qazıntı metodikası və arxeoloji tədqiqat üzrə seminarları isə, doktor Bertil Lionet kimi fransalı alimlər aparmaqdadırlar.
Yay məktəbinə İnstitutun magistratura pilləsində və Türkiyə Respublikasında arxeologiya və antropologiya ixtisası üzrə təhsil alan azərbaycanlı tələbələr cəlb olunmuşlar.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com