Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


FRANSA ELMİ ARAŞDIRMALARIN MİLLİ MƏRKƏZİNİN (SNRS) MÜTƏXƏSSİSİ CULİO PALUMBİNİN AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNDA KEÇİRDİYİ TƏQDİMAT
  19.09.2016
Something0
Sentyabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda Fransa Elmi Araşdırmaların Milli Mərkəzinin (Centre National de la Recherche Scientifique, CNRS) “Qədim Şərqin erkən mədəniyyətləri” departamentinin arxeologiya bölümünün aparıcı elmi əməkdaşı, PHD, arxeoloq Culio Palumbinin “Arslantəpə və Kür – Araz arxeoloji mədəniyyətinin yayılması” mövzusunda təqdimatı keçirildi. Təqdimatda İnstitutun rəhbərliyi, şöbə müdirləri və əməkdaşları iştirak edirdilər.
Mövzu üzrə çıxış edən C.Palumbi Azərbaycanda olduğu müddətdə bir sıra neolit, xalkolit və erkən tunc dövrü abidələri ilə tanışlıq üçün şərait yaratdıqlarına görə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirmişdir.
Təqdimatın giriş hissəsində əcnəbi tədqiqatçı əsasən, Türkiyə ərazisində yerləşən və e.ə. V minillikdən Roma imperiyası dövrünədək tarixi mərhələləri əhatə edən çoxtəbəqəli Arslantəpə arxeoloji abidəsi barədə ümumi məlumat verdi. Daha sonra C. Palumbi Ubeyd, Uruk və Kür-Araz arxeoloji mədəniyyətlərinə aid Arslantəpənin iki təbəqəsinin (VI A və VI B1, e.ə. 3350-2900-cu illər) xüsusiyyətləri və mədəniyyətlər arasında əsas fərqləri vurğuladı, mədəniyyətlərin inkişafı, yayılması və bir-birini əvəzləməsi barədə mülahizələri ilə azərbaycanlı həmkarlarını tanış etdi.
Vizual təsvirlərlə müşayət olunan təqdimat bitdikdən sonra azərbaycanlı arxeoloqlar C.Palumbi ilə fikir mübadiləsi aparmış, maraqlı mühazirəyə görə minnətdarlıqlarını bildirmişlər. Öz növbəsində C. Palumbi azərbaycanlı həmkarları ilə elmi mövzular üzrə fikir mübadiləsindən məmnunluğunu ifadə etmişdir.