Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNDA AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİNİN 25 İLLİYİNƏ HƏSR EDİLMİŞ ELMİ SESSİYA
  25.10.2016
Something0
24 oktyabr tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 25 illiyinə həsr olunmuş “Arxeologiya və etnoqrafiya elmləri müstəqillik illərində” mövzusunda elmi sessiya keçirilmişdir.
Sessiyanın işində iştirak edən AMEA-nın İctimai Elmlər bölməsinin akademik katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova xalqımızın dayanmayan şanlı mübarizəsi ilə XX əsrdə ikinci dəfə əldə edilmiş müstəqilliyimizin Azərbaycan akademik elminin inkişafı üçün açdığı perspektivlər barədə danışmışdır.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova isə çıxışında Ümummilli Lider Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan arxeologiya və etnoqrafiya sahələrinin əldə etdiyi nailiyyətlərdən, bu nailiyyətlər nəticəsində göstərilən elm sahələrinin sovet dövründəki inkişaf səviyyəsini üstələyərək müasir qabaqcıl dünya elm mərkəzləri ilə eyni səviyyədə durmasından söz açdı.
Giriş sözlərindən sonra doktor Güllü Yoloğlunun “Müstəqillik illərində mənəvi mədəniyyətimizin dirçəlişi: “Heydər Əliyev və Kitabi – Dədə Qorqud” mövzusunda elmi məruzəsi dinlənildi. Elmi məruzə qısametrajlı sənədli filmin görüntülərilə müşayət edildi.
Elmi sessiyada iştirak edən Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, akademik Teymur Bünyadov (“Azərbaycan etnoqrafiya elminin inkişafı”), Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdirləri H.F. Cəfərov (“Qarabağın qədim tarixinin son tarixi arxeoloji tədqiqatları”), Ə.Q. Cəfərov (“Paleolit problemləri üzrə aparılmış son tədqiqatlar və onların nəticələri”), N.Ə. Müseyibli (“Azərbaycanın erkən əkinçilik mədəniyyətlərinin arxeoloji tədqiqi”), S.H. Aşurov (“Azərbaycanı ilk tunc dövrü abidələrinin arxeoloji tədqiqi”), Ə.Ə. Məmmədli (“Azərbaycanda etnososioloji tədqiqatlar”) və T.M. Dostiyev (“Azərbaycan orta əsr şəhərlərinin arxeoloji tədqiqi”) elmi məruzələrlə çıxış etdilər. Təsvirli təqdimatlarla müşayət olunan məruzələrdən sonra məruzəçilər sessiya iştirakçılarının mövzularla bağlı çoxsaylı suallarını cavablandırmış, sessiyada toxunulan mövzularla bağlı məhsuldar fikir mübadiləsi aparılmışdır.