Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi

FLORENSİYADAKI (İTALİYA) “LORENZO DE`MEDİCİ” VƏ “COMNES” TƏDQİQATLAR MƏRKƏZİNİN ALİMLƏRİ İLƏ AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNDA GÖRÜŞ KEÇİRİLMİŞDİR
FLORENSİYADAKI (İTALİYA) “LORENZO DE`MEDİCİ” VƏ “COMNES” TƏDQİQATLAR MƏRKƏZİNİN ALİMLƏRİ İLƏ AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNDA GÖRÜŞ KEÇİRİLMİŞDİR
  02.06.2017
2017-ci il iyunun 1-də Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda Florensiyadakı (İtaliya) Lorenzo de` Medici Beynəlxalq İtaliya İnstitutunun Dini tədqiqatlar departamentinin (SoRS/School of Religious Studies) rəhbəri, professor Nikola Laneri (Nicola Laneri) və “Qədim Aralıq dənizi hövzəsi və Yaxın Şərq tədqiqatları Mərkəzinin” (“COMNES” / “Center for Ancient Mediterranean and Near Eastern Studies”) əməkdaşı, doktor Stefano Valentini ilə görüş keçirildi.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor, tarix üzrə elmlər doktoru Maisə Rəhimova qonaqlara Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin arxeologiya elminə göstərdiyi diqqət nəticəsində abidələrin aşkar edilməsi, tədqiqi və qorunması sahəsində əldə edilmiş uğurlar, beynəlxalq tərkibli arxeoloji ekspedisiyalar, Avropa, Amerika və Asiyanın qabaqcıl elm mərkəzləri ilə elmi əməkdaşlıq barədə məlumat verdi.
Görüş zamanı qonaqlar Azərbaycan ərazisində tunc dövrü abidələrinin bəşər tarixinin öyrənilməsi üçün ölçüyəgəlməz önəmini, Azərbaycan arxeoloqlarının tədqiqatları və elmə verdikləri töhfələrdən məlumatlı olduqlarını qeyd etdilər. Uzun müddət İtaliyada, Türkiyədə tədqiqatlarda olmuş professor Nikola Laneri və İraq ərazisində arxeoloji ekspedisiyalarda iştirak etmiş doktor Stefano Valentini Azərbaycanın bir sıra qərb rayonlarında İnstitutun sektor rəhbəri, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilovun müşayəti ilə tunc dövrü üzrə dəfn abidələri ilə tanış olmaq və yaxın gələcəkdə tunc dövrü abidələrinin arxeoloji tədqiqatlarında iştirak etmək niyyətlərini açıqladılar.
Səmimi şəraitdə keçmiş görüş zamanı yaxın gələcəkdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu ilə Lorenzo de` Medici Beynəlxalq İtaliya İnstitutu arasında qarşılıqlı əməkdaşlıq üzrə memorandumun hazırlanması barədə razılıq əldə edildi.


AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com