Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU II AZƏRBAYCAN ELM FESTİVALINDA
  31.10.2016
Something0
31 oktyabr 2016-cı il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüskarlığı və təşkilatçılığı ilə II Azərbaycan Elm Festivalının açılış mərasimi keçirildi. Festival tədbirlərinin keçirildiyi AMEA Mərkəzi Elmi Kitabxanasının binasında digər elmi-tədqiqat və tədris mərkəzləri ilə birgə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu da son dövrlərdə əldə etdiyi nailiyyətlərini sərgiləyən zəngin və rənga-rəng pavilyon təşkil etdi.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun pavilyonunda Azərbaycan Respublikası ərazisində aparılan son qazıntılar zamanı əldə edilmiş unikal artefaktlar, Arxeologiya və Etnoqrafiya sahələri üzrə son tədqiqatları və onların nəticələrini əks etdirən Azərbaycan, ingilis və rus dillərində elmi əsərlər, dövrü elmi dərgilər nümayiş etdirilir.
AMEA prezidenti Akif Əlizadə, həmçinin AMEA Rəyasət Heyətinin üzvləri, elm və təhsil müəssisələrinin rəhbərləri, dövlət müəssisələri və diplomatik missiya nümayəndələrinin bir qrupu II Azərbaycan Elm Festivalı çərçivəsində təşkil edilmiş Arxeologiya və Etnoqrafiya İnstitutunun pavilyonunda oldular. AMEA Arxeologiya və Etnorafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova AMEA prezidentinə və digər qonaqlara arxeoloq və etnoqraf alimlərin son dövrlərdə apardıqları qazıntılar zamanı aşkar etdikləri abidələr, tapılan artefaktlar, həmçinin dünya arxeoloqları və etnoqraflarının xüsusi diqqətinə səbəb olmuş tədqiqat əsərləri barədə geniş məlumat verdi.
Öz unikal eksponatları və son dövrlərdə dərc edilmiş elmi əsərləri ilə fərqlənən AMEA Arxelogiya və Etnoqrafiya İnstitutunun pavilyonu Festival iştiarkçılarının və qonaqların dərin marağına səbəb olmuşdur.
Qeyd edək ki, AMEA-nın təşkilatçılığı, UNESCO, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan prezidenti yanında Bilik Fondu, Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın Azərbaycandakı səfirliyi və Moskva Dövlət Universitetinin dəstəyi ilə təşkil edilmiş festival çərçivəsində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun pavilyonu noyabrın 5-ədək fəaliyyət göstərəcəkdir.