Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi

İNSTİTUTUN GƏNC ƏMƏKDAŞLARI AMEA-NIN İLK MAGİSTRLƏRİ SIRASINDA
İNSTİTUTUN GƏNC ƏMƏKDAŞLARI AMEA-NIN İLK MAGİSTRLƏRİ SIRASINDA
  07.07.2017
İyulun 7-də Azərbaycan Milli Elmlər Akademiyasının ilk magistrlərinin Məzun günü keçirilib. Tədbirdə Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri İsmayıl Sadıqov, Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, respublikanın elm və təhsil müəssisələrinin rəhbərləri, AMEA-nın həqiqi və müxbir üzvləri, KİV nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Akademiya magistrlərinin Məzun gününün AMEA tarixində əlamətdar hadisə olduğunu bildirib. AMEA-da magistraturanın 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi ilə yaradıldığını xatırladan akademik ölkə başçısına, eyni zamanda Təhsil naziri və Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədrinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.
Tədbirdə Təhsil naziri Mikayıl Cabbarov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova və magistlərin elmi rəhbərləri çıxış etmişlər.
Tədbirin sonunda AMEA-nın məzunlarına diplomlar təqdim edilib.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının ilk magistrləri sırasında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun gənc əməkdaşları - Nəhmətova İlahə Adil qızı və Məmmədova Nigar Vüqar qızı da vardır.


AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com