Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi

AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN ŞÖBƏ MÜDİRİ AKİF QULİYEV NÜFUZLU BEYNƏLXALQ MÜSABİQƏNİN MÜNSİFLƏR HEYƏTİNİN ÜZVÜ SEÇİLİB
AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN ŞÖBƏ MÜDİRİ AKİF QULİYEV NÜFUZLU BEYNƏLXALQ MÜSABİQƏNİN MÜNSİFLƏR HEYƏTİNİN ÜZVÜ SEÇİLİB
  11.07.2017
Azərbaycanlı alim, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Akif Quliyev Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən XI Beynəlxalq Xatirə Sikkələri “Monetnaya sozvezdiye-2017” müsabiqəsinin münsüflər heyətinin üzvü seçilib. Münsiflər heyəti dünyanın 18 ölkəsindən - ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Avstriya, Kanada, Rusiya, Latviya, Litva, Meksika, Macarıstan, Finlandiya, Qazaxıstan, Qırğızıstan, Belarusiya, Ukrayna və d. muzey və auksion evlərinin ekspertləri, sənətşünaslar, bank, beynəlxalq təşkilatların və zərbxanaların nümayəndələri, numizmat alimlər və cəmiyyətlərin sədrləri, kolleksionerlər, elmi jurnalların redaktorları, rəssam-dizaynerlər və s. ekspertlər təmsil olunurlar.
Bu il Beynəlxalq müsabiqəyə Fransa, Lixtenşteyn, Avstraliya, İsveçrə, Portuqaliya, İspaniya, Yeni Zellandiya, Almaniya, Niderland, Böyük Britaniya, İtaliya, Latviya, Litva, Macarıstan, Kanada, Rusiya, Avstriya, Polşa, ABŞ, Finlandiya, Yaponiya, Qırğızıstan, Qazaxıstan, Belarusiya, Çexiya milli bankları və zərbxanalarının istehsalı olan 50 ədəd qızıl və gümüş sikkə təqdim edilmişdir. Münsiflər heyəti 15 iyul tarixində 8 nominasiya üzrə ilin ən yaxşı sikkəsini seçəcək. Qeyd edək ki, müsabiqə 2007-ci ildən hər il Moskva şəhərində keçirilir və ilk dəfədir ki, Azərbaycandan bu müsabiqəyə ekspert qatılır.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com