Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi

TARİX ÜZRƏ ELMLƏR DOKTORU TUFAN AXUNDOVUN “QAFQAZ SİVİLİZASİYASININ BAŞLANĞICI. AZƏRBAYCAN NEOLİTİ. İKİNCİ KİTAB. QARABAĞ NEOLİTİ ƏNƏNƏSİNİN ABİDƏLƏRİ” ADLI ELEKTRON KİTABIN NƏŞRİ...
TARİX ÜZRƏ ELMLƏR DOKTORU TUFAN AXUNDOVUN “QAFQAZ SİVİLİZASİYASININ BAŞLANĞICI. AZƏRBAYCAN NEOLİTİ. İKİNCİ KİTAB. QARABAĞ NEOLİTİ ƏNƏNƏSİNİN ABİDƏLƏRİ” ADLI ELEKTRON KİTABIN NƏŞRİ...
  17.07.2017
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə elmlər doktoru

Tufan Axundov

un “Qafqaz sivilizasiyasının başlanğıcı. Azərbaycan neoliti. İkinci kitab: Qarabağ neolit ənənəsinin abidələri” adlı əsəri nəşr edilmişdir. Elektron kitab formatında olan əsər Qarabağın qədim əkinçi və maldarlarının tədqiqatının əsasını qoymuş mərhum arxeoloq İdeal Həmid oğlu Nərimanovun 90 illiyinə həsr edilib.
Əsər AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Fondunda saxlanılan Qarabağ neoliti ənənəsi abidələrinin arxeoloji materiallarının kolleksiyasını elmi dövriyyəyə daxl edir. Bütün material üç qrupla təmsil olunur. Birinciyə hələ də tədqiq edilməmiş abidələrdən toplanmış kolleksiyaların foto-illüstrasiyaları daxildir. İkinci və üçüncü qruplar, İlanlıtəpə və Çalağantəpə məskənlərinin qazıntılarından əldə edilmiş material kolleksiyalarının foto və qrafik təsvirlərindən ibarətdir. Kitabda təqdim edilmiş hər bir abidə barədə qısa məlumat verilib. İlanlıtəpə və Çalağantəpənin tədqiqatları zamanı aşkar edilmiş tikililər, istehsal qurğuların və dəfnlərin, həmçinin, kolleksiyaların çöl inventarı siyahısının təsviri verilmiş, əsər hər iki abidənin kolleksiyalarında saxlanılan bütün növ tapıntıların təsvirləri ilə tamamlanmışdır.
Müəllif təqdim edilmiş abidə və ənənələr barəsində özünün və digər mütəxəssislərin fikir və mülahizələrini bilərəkdən göstərməmiş və bununla da materiallar barədə oxucuların müstəqil fikir yürütməsinə imkan yaratmışdır.
Əsər ilk növbədə peşəkar arxeoloqlar üçün nəzərdə tutulmuşdur, amma eyni zamanda Azərbaycanın qədim əhalisinin arxeoloji ənənəsilə maraqlanan hər bir kəs üçün maraqlı ola bilər.
Tədqiqat əsəri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurası tərəfindən çapa təsdiq edilmişdir. Kitabın redaktoru İnstitutun Elmi Fondunun müdiri A.A.Rəhmanov, əsərin rəyçiləri t.ü.f.d. F.M.Muradova və t.ü.f.d. R.B.Arazovadır.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com
http://arxeologiya.az/
https://www.facebook.com/AMEA-Arxeologiya-və-Etnoqrafiya-İnstitutu