Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi

ALMANİYANIN KRİSTİAN ALBREHT ADINA KİL UNİVERSİTETİ ALİMLƏRİNİN ELMİ ƏMƏKDAŞLIQ ÜZRƏ TANIŞLIQ SƏFƏRİ...
ALMANİYANIN KRİSTİAN ALBREHT ADINA KİL UNİVERSİTETİ ALİMLƏRİNİN ELMİ ƏMƏKDAŞLIQ ÜZRƏ TANIŞLIQ SƏFƏRİ...
  25.07.2017
İyulun 25-də Azərbaycanda səfərdə olan Almaniyanın Kristian Albreht adına Kil Universiteti (Christian Albrechts Universität zu Kiel) Tarixəqədərki arxeologiya (Prehistoric archaeology) bölümünün rəhbəri professor, doktor Yohan Müllerin (Johannes Müller) başçılığı altında bir qrup alman arxeoloqu Bakıya gəlmişlər. Onlar AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İçəri Şəhərdəki Arxeologiya Muzeyində sərgilənən unikal arxeoloji eksponatlarla tanış olublar.
Alman arxeoloqlarının nümayəndə heyətini qarşılamış İnstitutun İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Pərviz Qasımov qonaqlara Azərbaycandakı arxeoloji tədqiqatların tarixi və müasir durumu, arxeoloji abidələrdə aparılan qazıntılar, araşdırmalar zamanı elmdə mövcud baxışları tam dəyişmiş kəşflər, İnstitutun beynəlxalq əməkdaşlıq sahəsində təcrübəsi, son dövrlərdə müəyyən edilmiş perspektivli arxeoloji abidələr barədə məlumat vermişdir. O, eyni zamanda Azərbaycanda ilk arxeoloji tədqiqatlarda alman mənşəli alimlərin rolundan söz açdı, daha sonra almaniyalı kolleqaların suallarını cavablandırdı.
Almaniyalı arxeoloqlar AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Elmi ekspozisiya” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevin rəhbərliyi ilə Tovuz rayonu ərazisindəki Göytəpə neolit dövrü qədim yaşayış məskənində aparılan tədqiqatlarla tanış olduqlarını bildirdilər. Qonaqlar Kristian Albreht adına Kil Universiteti tələbələrənin gələcəkdə həmin abidənin tədqiqatlarında iştirakları və azərbaycanlı həmkarları ilə sıx əməkdaşlıq niyyətlərini açıqladılar.


AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com