Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi

LERIKDƏ AMERİKALI ARXEOLOQLARLA BİRGƏ TƏDQİQATLARIN İLKİN NƏTİCƏLƏRİ...
LERIKDƏ AMERİKALI ARXEOLOQLARLA BİRGƏ TƏDQİQATLARIN İLKİN NƏTİCƏLƏRİ...
  09.08.2017
Lerik rayonunda antik dövrə aid yeni tapıntılar aşkarlanıb.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun amerikalı arxeoloqlarla birgə Lerik rayonunun Gürdəsər kəndi ərazisində apardığı tədqiqat işləri zamanı e.ə. V əsrə aid olduğu bildirilən qəbiristanlıq və yaşayış yeri aşkarlanıb.
Ekspedisiyanın rəhbəri İnstitutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli altı ildir ərazidə antik dövrə aid qəbiristanlıqda tədqiqat işləri apardıqlarını bildirib: "İki il əvvəl qəbiristanlığa yaxın ərazidə yaşayış yerinin də olduğunu öyrəndik. Bu istiqamətdə işlər davam etdirilir. Son tədqiqatlar zamanı təpənin qayalıq hissəsində qəbiristanlığın daha erkən nümunələri sıx şəkildə müşahidə olunur. Qəbirlərdə antik dövrə aid silahlar, muncuq bəzək əşyaları və saxsı məişət əşyaları var. Aşkar edilən maddi-mədəniyyət nümunələrində həmin dövr imperiyalarının mədəni təsiri izlənilməkdədir".

Mənbə: report.az


AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com