Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi

CƏLİLABAD RAYON TARİX-DİYARŞÜNASLIQ MUZEYİNƏ 385 MADDİ-MƏDƏNİYYƏT NÜMUNƏSİ TƏHVİL VERİLİB
CƏLİLABAD RAYON TARİX-DİYARŞÜNASLIQ MUZEYİNƏ 385 MADDİ-MƏDƏNİYYƏT NÜMUNƏSİ TƏHVİL VERİLİB
  19.09.2017
Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının birgə tədbirləri nəticəsində, Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinə aid arxeoloji əhəmiyyət kəsb edən, maddi-mədəniyyət nümunələri olan 385 (üç yüz səksən beş) ədəd əşya və predmetin Cəlilabad rayon Tarix-Diyarşünaslıq muzeyinə təhvil verilməsi təmin olunub.
DTX-nin ictimai əlaqələr şöbəsindən bildirilib ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssislərinin ilkin rəyinə əsasən, həmin maddi-mədəniyyət nümunələri, o cümlədən əksəriyyəti daş dövrünün müxtəlif mərhələlərinə və ilk orta əsrlər dövrünə aid olan tuncdan və dəmirdən hazırlanmış döyüş silahları, təsərrüfat təyinatlı saxsı qablar və onların qalıqları, daş əmək alətləri, qadın bəzək əşyaları, gümüş sikkələr tarixi əhəmiyyətə malikdir və onların arxeoloji tədqiqatına ehtiyac var.
Bu tarixi əhəmiyyətli tapıntılar öyrənildikdən sonra muzeylərdə nümayiş etdiriləcək: “Cəlilabad rayon Tarix-Diyarşünaslıq muzeyinə təhvil verilmiş nadir tarixi sərvətlər Azərbaycanda sürətlə inkişaf edən turizmə, xüsusilə respublikamıza qonaq gələn əcnəbilərə xalqımızın, ölkəmizin milli yaddaşını özündə daşıyan maddi-mədəniyyət nümunələrinin təbliği üçün daha bir töhfədir”.

Mənbə: APA

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com
http://arxeologiya.az/
https://www.facebook.com/AMEA-Arxeologiya-və-Etnoqrafiya-İnstitutu