Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi

İNSTİTUTUN HƏMKARLAR TƏŞKİLATININ SEÇKİ YIĞINCAĞI KEÇİRİLDİ
İNSTİTUTUN HƏMKARLAR TƏŞKİLATININ SEÇKİ YIĞINCAĞI KEÇİRİLDİ
  28.09.2017
27 sentyabr 2017-ci il tarixdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Həmkarlar Təşkilatının seçki yığıncağı keçirildi.
Sədri, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru İlyas Babayev olan iclasda İnstitutun Həmkarlar təşkilatının sədri, şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərov hesabat xarakterli çıxış etdi. A.Ələkbərov son seçki iclasından bu günədək İnstitutun Həmkarlar Təşkilatının gördüyü işlər barədə ətraflı məlumat verdi, həll edilmiş məsələlər və mövcud problemlər mövzusuna toxundu.
Daha sonra A.Ələkbərovun çıxışı ətrafında müzakirələr aparıldı. Müzakirələr bitdikdən sonra AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Həmkarlar Təşkilatının yeni tərkibi açıq səsvermə yolu ilə seçildi. Seçkilərin nəticəsində Arxeologiya və Etnoqrafiya İnstitutu Həmkarlar Təşkilatının sədri vəzifəsinə İnstitutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərov seçildi.
İclasın sonunda yığıncaqda qonaq qismində iştirak edən AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA Həmkarlar İttifaqının sədr müavini Səyyar Abdullayev çıxış edərək iclasın yüksək səviyyədə təşkil edildiyini, demokratik və işgüzar şəraitdə keçdiyini vurğuladı, AMEA rəhbərliyinin əməkdaşların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü və görəcəyi işlərdən söz açdı, Arxeologiya və Etnoqrafiya İnstitutu Həmkarlar Təşkilatının yeni tərkibinə fəaliyyətində uğurlar arzuladı.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com
http://arxeologiya.az/
https://www.facebook.com/AMEA-Arxeologiya-və-Etnoqrafiya-İnstitutu