Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi

AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI - TARİX ÜZRƏ FƏLSƏFƏ DOKTORLARI ANAR AĞALARZADƏNİN VƏ ELVİN ƏLİYEVİN ŞANLIURFADA (TÜRKİYƏ) KEÇİRİLƏN “HARRAN VƏ ÇEVRƏSİ” BEYNƏLXALQ ARXEOLOJİ VƏ TARİXİ SİMPOZİUMUNDA İŞTİRAKI
AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI - TARİX ÜZRƏ FƏLSƏFƏ DOKTORLARI ANAR AĞALARZADƏNİN VƏ ELVİN ƏLİYEVİN ŞANLIURFADA (TÜRKİYƏ) KEÇİRİLƏN “HARRAN VƏ ÇEVRƏSİ” BEYNƏLXALQ ARXEOLOJİ VƏ TARİXİ SİMPOZİUMUNDA İŞTİRAKI
  08.11.2017
Azərbaycanlı gənc arxeoloqlar beynəlxalq simpoziumda iştirak etmişlər
02-05 noyabr tarixlərində Türkiyə Respublikasının Şanlıurfa şəhərində “Harran və çevrəsi” adlı Beynəlxalq arxeoloji və tarixi simpozium keçirilmişdir. Qədim Mesopotamiyanın arxeoloji və tarixi tədqiqatlarına həsr edilmiş konfransda Azərbaycanı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları – tarix üzrə fəlsəfə doktorları dosent Anar AğalarzadəElvin Əliyev təmsil etmişlər. A.Ağalarzadə “Azərbaycanın cənub bölgəsinin tunc-erkən dəmir dövrü qəbir abidələri (Jak de Morqanın qazıntıları əsasında)”, E.Əliyev isə “Naxçıvanın tunc dövrü yaşayış yerləri” mövzusunda məruzələrlə çıxış etmişlər. Gənc alimlərin çıxışları simpozium iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Qeyd etmək lazımdır ki, müasir Türkiyənin Şanlıurfa vilayəti ərazisinin daxil olduğu tarixi Harran bölgəsi Şimali Mesopotamiyanın ən qədim yaşayış məskənlərindən biri hesab edilir. Buradakı abidələrin yaşı 10 min ildən başlayaraq intensiv həyat olmaqla orta əsrlərə qədər davam etmişdir. Buna səbəb isə, bölgənin əlverişli iqlim şəraiti, bərəkətli torpağı, tarixən əkinçilik və maldarlıq təsərrüfatının geniş yayılması idi. Tarixin ən qədim ibadətgahlarından biri olan və eramızdan əvvəl 9500-8000-ci illəri əhatə edən Göbəklitəpə abidəsi Harran bölgəsinin ən möhtəşəm abidəsi hesab edilir.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 689 04 95
parviz.gasimov.pr@gmail.com
http://arxeologiya.az/
https://www.facebook.com/AMEA-Arxeologiya-və-Etnoqrafiya-İnstitutu