Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNDA XOCALI SOYQIRIMININ 25-Cİ İLDÖNÜMÜNƏ HƏSR EDİLMİŞ ANIM TƏDBİRİ...
  24.02.2017
Something0
24 fevral tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda erməni işğalçılarının Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova tədbirdən öncə Xocalı soyqırımı zamanı erməni işğalçıları tərəfindən öldürülmüş dinc vətəndaşlarımızın, şəhərin müdafiəsi zamanı şəhid olmuş hərbçilərimizin xatirəsini bir dəqiqəlik sükütla anılmasını təklif etdi. Tədbirə qatılmış İnstitutun şöbə müdirləri və əməkdaşları bir dəqiqəlik sükutla Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsini andılar.
Tədbiri açıq elan edərək professor M.Rəhimova giriş sözü ilə çıxış etdi. Çıxışında M. Rəhimova bildirdi ki, Xocalı soyqırımı XX əsrin sonunda yenə də baş qaldırmış erməni faşizminin növbəti qanlı cinayətlərindən ən dəhşətlisi olmuşdur. Bu cinayət nəticəsində 100-lərlə vətəndaşımız milli və dini mənsubiyyətinə görə, yaşına və cinsinə baxmadan erməni faşistləri tərəfindən işgəncə və azğın qəddarlıqla qətlə yetirilmiş, mindən yuxarı soydaşımız erməni əsirliyinə düşərək işgəncə və alçaltmalara məruz qalmış, iki yüzədək vətəndaşımızın taleyi isə, indiyədək naməlum olaraq qalmaqdadır.
M. Rəhimova xüsusi olaraq vurğuladı ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmiş, 1994-cü ildə Milli Məclisin qərarı ilə fevralın 26-sı ümummilli matəm günü elan edilmişdi. Çağdaş zamanda Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev isə, Dövlətimiz və Millətimiz üçün önəmli olan bu mövzunu daim diqqət mərkəzində saxlamaqdadır. 2012-ci il fevralın 26-da bütün dünyanın gözü qarşısında Xocalı abidəsini ziyarət edən 60 mindən çox insanın qatıldığı möhtəşəm izdihamın önündə İlham Əliyev getmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan "Xocalıya ədalət!" beynəlxalq kampaniyası Xocalı soyqırımının tanıdılması istiqamətində fəaliyyəti danılmaz uğurlar əldə etmişdir. Artıq dünyanın əksər ölkələrində Xocalı faciəsi qurbanlarının xatirəsinə abidələr ucaldılıb, anım mərasimləri keçirilir, həmçinin, bir sıra ölkələrin ali və yerli qanunverici orqanları, bu günlərdə isə, Şotlandiyanın parlamenti Xocalı qətliamına siyasi qiymət vermişlər. Professor M. Rəhimova öz çıxışını – “Biz əminik ki, Xocalı soyqırımı qurbanlarının ruhu qarşısında mənəvi haqqımızı Qarabağın erməni işğalçılarından azad edilməsilə tezliklə ödəmiş olacağıq” – sözlərilə bitirdi.
Mövzu ilə bağlı akademik Teymur Bünyadov çıxış edərək Xocalı qətliamının ermənilərin xislətinin bütünlüklə üzə çıxardığını bildirdi. Akademik T.Bünyadov ötən il aprel ayında Azərbaycan Milli Ordusunun əldə etdiyi hərbi uğurların erməni işğalçılarına vurduğu sarsıdıcı mənəvi və siyasi nəticələrindən danışdı. AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru İlyas Babayev söz alaraq Xocalıda və d. tarixi ərazilərimizdə ermənilərin törətdiyi qətliamlar barədə məlumatların gənc nəsillərimizə daim təşviqinin vacibliyindən söz açdı. Tarix üzrə fəlsəfə doktoru Bəhmən Əliyev və İnstititun digər əməkdaşları çıxışlarında Xocalı soyqırımının daim Azərbaycan xalqının qan yaddaşında yaşayacağına, bu cinayətləri törətmiş erməni işğalçılarından layiqli qisasın alınacağına əminliklərini bildirmişlər.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı
Pərviz Qasımov
(012) 510 96 74, 055 659 04 95
parviz.gasimov.pr@gmail.com