Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi

AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN APARICI ELMİ İŞÇİSİ TARİX ÜZRƏ FƏLSƏFƏ DOKTORU PİRAĞA İSMAYILZADƏNİN QAZAXSTANDA KEÇİRİLMİŞ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAKI
AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN APARICI ELMİ İŞÇİSİ TARİX ÜZRƏ FƏLSƏFƏ DOKTORU PİRAĞA İSMAYILZADƏNİN QAZAXSTANDA KEÇİRİLMİŞ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAKI
  13.11.2017
Azərbaycanlı alim Qazaxstanda beynəlxalq elmi-praktiki konfransda çıxış edib
8-9 noyabr tarixində Qazaxıstan respublikasının Atırau şəhərində “İbn Bətuttənin İpək yolu boyu səyahəti; mədəniyyətlər arasında dialoqu inkişaf etdirərək” adlı Beynəlxalq elmi-praktiki konfransı keçirilmişdir. Konfransda Azərbaycanı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, etnoloq, tarix üzrə fəlsəfə doktoru Pirağa İsmayılzadə təmsil etmişdir. P.İsmayılzadə beynəlxalq konfransda böyük marağa səbəb olmuş “Türk xalqlarının İpək yolunun inkişafında rolu” mövzusunda məruzə ilə çıxış etmişdir.
Konfrans iştiakçıları Atırau və Aktau şəhərlərindəki tarixi-etnoqrafik muzeylər, Sarayşık aulu ərazisindəki XII - XIV əsrlərə aid şəhər yerinin arxeoloji qazıntıları ilə tanış olmuşlar. Konfrans təşkilatçıları tərəfindən tədbir iştirakçıları, o cümlədən t.ü.f.d. Pirağa İsmayılzadə də xüsusi Şərəf diplomu ilə təltif olunmuşlar.
Qeyd edək ki, konfransda Azərbaycan Respublikası ilə yanaşı, Türkiyə Cümhuriyyətinin və Rusiya Federasiyasının müxtəlif muxtar respublikalarının tarixçiləri, arxeoloqları, etnoloqları və muzey işçiləri iştirak etmişlər.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 689 04 95
parviz.gasimov.pr@gmail.com
http://arxeologiya.az/
https://www.facebook.com/AMEA-Arxeologiya-və-Etnoqrafiya-İnstitutu