Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi

AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN PROFESSORU, TARİX ÜZRƏ ELMLƏR DOKTORU RAUF HÜSEYNZADƏNİN VƏ MƏRHUM PROFESSOR QƏMƏRŞAH CAVADOVUN “UDİNLƏR. TARİX. MÜASİRLİK. MADDİ VƏ MƏNƏVİ MƏDƏNİYYƏT” ADLI ƏSƏRİNİN RUS DİLİNDƏ İKİNCİ NƏŞRİ
AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN PROFESSORU, TARİX ÜZRƏ ELMLƏR DOKTORU RAUF HÜSEYNZADƏNİN VƏ MƏRHUM PROFESSOR QƏMƏRŞAH CAVADOVUN “UDİNLƏR. TARİX. MÜASİRLİK. MADDİ VƏ MƏNƏVİ MƏDƏNİYYƏT” ADLI ƏSƏRİNİN RUS DİLİNDƏ İKİNCİ NƏŞRİ
  15.11.2017
Udinlərin tarixinə və etnoqrafiyasına həsr edilmiş tədqiqat əsəri nəşr edildi

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun professoru, tarix üzrə elmlər doktoru, tarixçi və etnoloq Rauf Hüseynzadənin və mərhum professor, tarix üzrə elmlər doktoru, tarixçi, etnoqraf Qəmərşah Cavadovun “Udinlər. Tarix. Müasirlik. Maddi və mənəvi mədəniyyət” əsərinin rus dilində ikinci nəşri işıq üzü görmüşdür. Əsərin rus dilində birinci nəşri 2016-cı ildə Almaniyada olmuşdu. İkinci nəşrə geniş tarixi-etnoqrafik şərhlər əlavə edilib.
Əsər Azərbaycan xalqının tərkib hissəsi olan və qədim tarixə malik udinlərə həsr edilib. Tədqiqat işi ədəbi mənbələr və etnoqrafik çöl-tədqiqatları materialları əsasında yazılıb.
Əsərdə qədim dövrlərdən başlayaraq, xristianlığa qədərki və xristian Qafqaz Albaniyası dövrü, orta əsr (islam) və müasir dövrədək udinlərin tarixi barədə yetərincə dolğun məlumat verilmiş, udinlərin öyrənilməsinin tarixşünaslığına toxunulmuşdur. Kitabda udinlərin dili, etnoqrafik və dini ənənələri ilə bağlı tədqiqatların nəticələrinə işıq salınmış, erməni tarixçiləri və erməni kilsəsi tərəfindən udinlərin tarixinə və milli özünədərkinə qarşı yönəlmiş saxtakar və qəsbkar siyasətin mahiyyəti faktlarla təhlil edilmişdir. Həmçinin, tədqiqatda udinlərin tarixi və müasir yaşayış tərzi, məişəti, yaşayış yerlərinin və dini məbədlərin memarlığı və d. etnoqrafik xüsusiyyətləri barədə maraqlı məlumatlar öz əksini tapıb. Göstərilmişdir ki, müasir udinlər tarixi Qafqaz Albaniyasının 26 tayfasından biri olaraq, məhz bu günədək Azərbaycan Respublikası ərazisində tarixi və müasir tolerant mühitin mövcudluğu səbəbindən milli özünüdərklərini və dillərini saxlamaqdadırlar.
Azərbaycanda multikulturalizmin və milli azlıqların öyrənilməsinin təsdiqi baxımından əsər xüsusi əhəmiyyət daşımaqdadır. Kitab Azərbaycan xalqının, həmçinin, onun tərkib hissəsi olan udinlərin keçmişi və müasir durumu ilə maraqlanan tarixçilər, etnoloqlar və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Qeyd edək ki, əsərin Azərbaycan dilində artıq iki nəşri vardır.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 689 04 95
parviz.gasimov.pr@gmail.com
http://arxeologiya.az/
https://www.facebook.com/AMEA-Arxeologiya-və-Etnoqrafiya-İnstitutu