Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi

AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN BÖYÜK ELMİ İŞÇİSİ, OĞUZ ARXEOLOJİ EKSPEDİSİYASININ RƏHBƏRİ TARİX ÜZRƏ FƏLSƏFƏ DOKTORU TALEH ƏLİYEVİN “OĞUZ VƏ ƏTRAF ƏRAZİLƏR ORTA ƏSRLƏRDƏ (TARİXİ-ARXEOLOJİ TƏDQİQAT)” ADLI MONOQRAFİYASI NƏŞR EDİLİB
AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN BÖYÜK ELMİ İŞÇİSİ, OĞUZ ARXEOLOJİ EKSPEDİSİYASININ RƏHBƏRİ TARİX ÜZRƏ FƏLSƏFƏ DOKTORU TALEH ƏLİYEVİN “OĞUZ VƏ ƏTRAF ƏRAZİLƏR ORTA ƏSRLƏRDƏ (TARİXİ-ARXEOLOJİ TƏDQİQAT)” ADLI MONOQRAFİYASI NƏŞR EDİLİB
  27.11.2017
Oğuz bölgəsi və ətraf ərazilərin arxeoloji tədqiqatları barədə əsər nəşr edilib

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, Oğuz arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Taleh Əliyevin “Oğuz və ətraf ərazilər orta əsrlərdə (tarixi-arxeoloji tədqiqat)” monoqrafiyası nəşr edilmişdir. Monoqrafiyada müəllifin özünün də iştirak etdiyi son illərdə aparılmış elmi tədqiqat və arxeoloji qazıntı işlərinin nəticələri öz əksini tapmışdır.
Əsərdə Qafqaz Albaniyasının, Xilafət dövrü, Şirvanşahlar, Atabəylər, Elxanilər, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövrü abidələrinin xronoloji cəhətdən ardıcıl şəkildə tədqiqi həmin abidələrin bir-birinin maddi-mədəni irsinin davamı olduğu göstərilib. Azərbaycan xalqının formalaşmasında başlıca rol oynamış alban və oğuz tayfalarının qurduğu dövlətlər zamanında mövcud olmuş abidələrin tarixi-arxeoloji tədqiqi tarix, arxeologiya, etnologiya və antropologiya elminin aktual məsələlərinin araşdırılması üçün T.Əliyevin əsəri mühüm önəm kəsb etməkdədir.
Monoqrafiyanın birinci fəslində ərazinin yaşayış yerləri və müdafiə istehkamları, ikinci fəsildə qəbir abidələri və dini-memorial tikililər, sonuncu fəsildə isə, qeyd olunan abidələrdə aparılmış qazıntı işləri nəticəsində əldə olunmuş maddi mədəniyyət nümunələrinin təsnifatı verilmiş, arxeoloji materiallar əsasında bölgənin orta əsr təsərrüfat həyatı öyrənilmişdir. Əsərdə Oğuz rayonu ilə yanaşı Qəbələ, Şəki, Ağdaş, Yevlax, Zərdab və Ucar rayonları ərazisində yerləşən orta əsr abidələrinin tədqiqi də yer almışdır.
Əsər AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının qərarı ilə çapa məsləhət görülmüşdür. Əsərin redaktoru tarix üzrə elmlər doktoru Qafaq Cəbiyev, rəyçiləri - tarix üzrə elmlər doktoru, professor Arif Məmmədov, tarix üzrə elmlər doktoru Qasım Hacıyev və tarix üzrə fəlsəfə doktoru Mübariz Xəlilovdur. Monoqrafiya orta əsr dövrü tarixi və arxeologiyası mütəxəssislərilə yanaşı, həmçinin Azərbaycan xalqının tarixilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 689 04 95
parviz.gasimov.pr@gmail.com
http://arxeologiya.az/
https://www.facebook.com/AMEA-Arxeologiya-və-Etnoqrafiya-İnstitutu