Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi

AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN ELMİ ŞURASININ NÖVBƏTİ İCLASLARI KEÇİRİLDİ
AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN ELMİ ŞURASININ NÖVBƏTİ İCLASLARI KEÇİRİLDİ
  04.12.2017
Noyabrın 29 və dekabrın 1-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurası növbəti iclaslarını keçirmişdir. Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimovanın sədrliyi ilə keçən iclasların gündəliyinin əsas məsələsi 2017-ci il ərzində İnstitutun şöbə və sektorlarının fəaliyyəti barədə illik hesabatlarının təhlili olmuşdur.
Elmi Şuranın iclasları ərzində İnstitutun şöbə və sektor rəhbərləri 2017-ci il ərzində rəhbərləri olduqları şöbə və sektorların apardıqları tədqiqatlar, əldə etdikləri nailiyyətlər, beynəlxalq konfranslarda iştirakları, müxtəlif ölkələrin elmi çevrələri ilə əməkdaşlıqları, əməkdaşların ilin əvvəlində tərtib edilmiş fərdi planlar üzrə öhdəliklərinin yerinə yetirilməsi səviyyəsi, mövcud problemlər və perspektivli tədqiqatlar mövzuları barədə hesabat xarakterli çıxışlar etmişlər.
İnstitutun hesabatların qəbulu üzrə yaradılmış komissiyasının sədri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nəcəf Müseyibli şöbə və sektorların təqdim etdiyi hesabatlar və fərdi iş planlarının yerinə yetirilməsi üzrə komissiyanın apardığı təhlil və nəticələrlə Elmi Şura üzvlərini tanış etmişdir. Təqdim edilmiş hesabatlar əsas götürülərək İnstitut rəhbərliyi şöbə və sektorlar tərəfindən 2017-ci il üçün arxeoloji və etnoqrafik tədqiqatlar zamanı əldə edilmiş elmi nailiyətləri qeyd etmiş, eyni zamanda qarşıda duran vəzifələri və perspektivli istiqamətlər üzrə tədqiqatların çeşidini müəyyən etmişdir.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 689 04 95
parviz.gasimov.pr@gmail.com
http://arxeologiya.az/
https://www.facebook.com/AMEA-Arxeologiya-və-Etnoqrafiya-İnstitutu