Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi

AMEA-NIN GƏNC ALİMİ TÜRKİYƏNİN İSTANBUL UNİVERSİTETİNDƏ QISA MÜDDƏTLİ ELMİ-PRAKTİK TƏCRÜBƏ KEÇİB
AMEA-NIN GƏNC ALİMİ TÜRKİYƏNİN İSTANBUL UNİVERSİTETİNDƏ QISA MÜDDƏTLİ ELMİ-PRAKTİK TƏCRÜBƏ KEÇİB
  05.12.2017
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, "Gənc Alim və Mütəxəssislər Şurası"nın sədr müavini Valeh Ələddin oğlu Ələkbərov Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 8-ci “Mobillik qrantı” müsabiqəsi (EİF-Mob-8-2017- 4(30)) üzrə qalib olaraq, fondun maliyyə dəstəyi ilə, “Arxeoloji qazıntılardan aşkar edilmiş materialların konservasiyası və bərpası” mövzusunda, 01-30 noyabr 2017-ci il tarixlərində, Türkiyə Respublikasının İstanbul Universiteti Ədəbiyyat fakültəsi, Taşınabilir Kültür Varlıklarını Koruma və Onarım Bölümündə qısa müddətli elmi-praktik təcrübə keçmişdi.
Gənc alim bu müddət ərzində qeyd olunan müəssisənin təcrübəli alim və mütəxəssisləri - Professor Ufuk Kocabaş, Dr. İşıl Kocabaş, Dr. Yüksel Dede, Dr. Gülder Emre, Dr. Ramazan Yılmaz və digərlərindən aldığı dərslər və praktik təlimlər əsasında, arxeoloji materialların qəlibləmə üsulları, qazıntılardan aşkar edilmiş maddi mədəniyyət nümunələrinin, o cümlədən keramik, tunc məmulatların, daş alətlərin konservasiya və bərpasının nəzəri və təcrübi baxımdan öyrənilməsi sahəsində mühüm elmi bilik və bacarıqlar əldə etmişdir.
Valeh Ələkbərovun qrant layihəsi çərçivəsində, bu sahədə əldə etdiyi beynəlxalq təcrübə və elmi bilikləri, gələcəkdə bəhs olunan mövzuda istər milli kadrların hazırlanması, istərsə də, ölkəmizdə ilk dəfə mədəni irsin konservasiya və bərpası işinin təşkilində yeni bir mərhələnin başlanğıcı üçün zəmin olacaqdır.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 689 04 95
parviz.gasimov.pr@gmail.com
http://arxeologiya.az/
https://www.facebook.com/AMEA-Arxeologiya-və-Etnoqrafiya-İnstitutu