Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi

RƏSMİ SƏNƏDLƏR


ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN DİREKTORU MAİSƏ RƏHİMOVAYA “AZƏRBAYCAN MƏDƏNİ İRSİNİN TƏDQİQİNDƏ XİDMƏTLƏRƏ GÖRƏ” NOMİNASİYASINDA “MİLLİ İRS-2015” MÜKAFATININ VERİLMƏSİ
  20.04.2015
17 aprel 2015-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Xalça Muzeyində Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr edilmiş “Milli irs-2015” mükafatının təqdimat mərasimi keçirildi. Mərasimi açan Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev öz çıxışında Azərbaycan xalqının zəngin maddi və mənəvi irsinin qorunması və dünyada tanıdılması ilə bağlı Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun və onun prezidenti, YUNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın, həmçinin, dövlət qurumlarının gördüyü işləri xüsusi vurğuladı. Rəsmi hissədə digər çıxışlardan sonra üç nominasiyada “Milli irs-2015” mükafatının təqdimat mərasimi keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimovaya “Azərbaycan mədəni irsinin tədqiqində xidmətlərə görə” nominasiyasında “Milli irs-2015” mükafatı təqdim edildi. Mükafatlandırma mərasimində qısa çıxışı zamanı M. Rəhimova Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə təşəkkür etmiş, Azərbaycan arxeologiya və etnoqrafiya elminə göstərilən daimi diqqət və qayğısına görə isə, Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Həmçinin, mərasimdə Azərbaycanın maddi irsinin tədqiqi sahəsində xidmətləri olan tədqiqatçılara Mədəniyyət və Turizm Nazirliyinin fəxri diplomları və pul mükafatları təqdim olunub. Mükafatlandırlımış tədqiqatçılar sırasında Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, Şəki arxeoloji ekspedisiyasının rəhbəri Nəsib Muxtarov da olmuşdur.