STRUKTUR
Telefon |
(+994 12) 510 84 19 |
Faks |
|
Elektron poçtu |
|
Struktur bölmənin rəhbəri |
Əliağa Əyyub oğlu Məmmədli |
İşçilərin ümumi sayı |
22 |
Əsas fəaliyyət istiqamətləri |
Azərbaycanda müasir etnik və etnosiyasi proseslər. Milli azlıqların və kiçik etnik qrupların öyrənilməsi |
Əsas elmi nəticələri |
SSRİ-də etnososioloji tədqiqatların yüksək həddə çatdığı bir məqamda – yəni ötən yüzilin 80-ci illərinin birinci yarısında Azərbaycanda da
etnik sosiologiya etnoqrafiya elminin bir istiqaməti kimi inkişaf etməyə başlayıb. SSRİ EA-nın Etnoqrafiya İnstitutu (1990-cı ildən
etibarən REA-nın Etnologiya və Antropologiya İnstitutu adlanır) 70-ci illərin əvvəllərindən başlayaraq Sovet İttifaqının müxtəlif
respublikalarında geniş miqyaslı tədqiqatlar aparıb. Özbəkistan, Gürcüstan və Estoniyadakı kimi geniş miqyaslı tədqiqatlar o zaman
Azərbaycanda aparılmayıb. Hərcənd 80-ci illərin əvvəllərində belə tədqiqatlar üçün hazırlıq işlərini görülürdü. AMEA-nın Tarix İnstitutunun
arxeologiya və etnoqrafiya bölməsinin (sonradan Arxeologiya və Etnoqrafiya İnstitutuna çevrilib) etnososioloji tədqiqatlar şöbəsinin
əməkdaşları, həmçinin Fəlsəfə və Hüquq İnstitutunda, SSRİ EA-nın Etnoqrafiya İnstitutunda, Moskva Universiteti etnoqrafiya kafedrasında
çalışan alimlər həmin hazırlıq işlərində iştirak edirdilər. Görülən işlər zamanı “Azərbaycanda etnososial və etnomədəni proseslərin
xüsusiyyətləri” adlı anket, eləcə də seçmənin maketi hazırlanmışdı. Amma 80-ci illərin axırlarında regionda mürəkkəb sosial-siyasi
proseslər getdiyindən Azərbaycanda tam miqyaslı etnososioloji tədqiqat keçirilmədi. Bununla belə etnososioloji tədqiqatlar şöbəsinin
əməkdaşları müxtəlif mövzular üzrə araşdırmalar apararkən sözügedən materiallardan istifadə ediblər. |