Arxeologiya və Etnoqrafiya İnstitutu

Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi



“İlk orta əsrlər arxeologiyası” şöbəsi


Telefon

(+994 12) 510 84 19

Faks

Elektron poçtu

arxeetno@mail.ru

Struktur bölmənin rəhbəri

Arif Məhəmməd oğlu Məmmədov

İşçilərin ümumi sayı

18

Əsas fəaliyyət istiqamətləri

Azərbaycanda ilk orta əsrlər abidələrinin öyrənilməsi

Əsas elmi nəticələri

İlk orta əsrlər arxeologiyası şöbəsi yarandığı vaxtdan etibarən Mingəçevir, Torpaqqala (Tovuz rayonu), Torpaqqala (Qax rayonu), Şamaxı, Bərdə, Gəncə və Azərbaycanın digər ərazilərində arxeoloji tədqiqatlar aparmışdır.
1946-1953-cü illərdə Mingəçevirdə aparılan arxeoloji tədqiqatlar nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqazda ilk orta əsr şəhərlərinin tədqiqi sahəsində yeni bir səhifə açdı.
Gilgilçayda aparılan arxeoloji tədqiqatlar zamanı ilk dəfə olaraq erkən orta əsrlər dövrünə aid hərbi düşərgə aşkarlanmış, səddlər hərbi düşərgə arasında əlaqələr müəyyənləşdirilmişdir.
Bərdə və Gəncə arxeoloji ekspedisiyalarının fəaliyyəti nəticəsində ilk orta əmrlər Bərdə və Gəncə şəhərlərinin yerləri qeydə alınmış və tədqiqatlar aparılmışdır.
Şamaxı arxeoloji ekspedisiyası Şirvanşahların Şamaxı şəhərindəki iqamətgahını aşkarlamışdır.