Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi



“Orta əsrlər arxeologiyası” şöbəsi


Telefon

(+994 12) 510 84 19

Faks

Elektron poçtu

dostiyev.tarikh@mail.ru

Struktur bölmənin rəhbəri

Tarix Meyrut oğlu Dostiyev

İşçilərin ümumi sayı

12

Əsas fəaliyyət istiqamətləri

Azərbaycan orta əsrlər abidələrinin öyrənilməsi

Əsas elmi nəticələri

Orta əsr Bakı, Şamaxı, Qəbələ, Beyləqan, Gəncə, Şəmkir şəhərlərinin arxeoloji tədqiqi nəticəsində həmin şəhərlərin topoqrafiyasına, plan quruluşuna, müdafiə sisteminə, memarlığına, sənət istehsalına və ticarət əlaqələrinə işıq saçan mötəbər maddi mənbələr əldə olunmuşdur. Aparılan arxeoloji qazıntılar orta əsr şəhər və kəndlərinin həyat mənzərəsini bərpa etməyə, ölkənin sosial-iqtisadi və mədəni inkişafını, ümummüsəlman və məhəlli xüsusiyyətlərini üzə çıxarmağa imkan verib. Şöbə əməkdaşları Azərbaycanın ayrı-ayrı orta əsr şəhərlərinə, dövrün sənət istehsalına, silah və hərb sənətinə, bəzək əşyalarına həsr olunmuş monoqrafiyalar, başlıcası isə altıcildli “Azərbaycan arxeologiyası”nın VI cildini yazaraq çap etdiriblər.