Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi

İNSTİTUTUN TARİXİ

Education Background

İNSTİTUTUN TARİXİ

İnstitut 1993-cü ildə yaradılmışdır.

Əsas fəaliyyət istiqamətləri:

Azərbaycanda arxeologiya və etnoqrafiya elmləri sahəsində fundamental və innovasiya xarakterli elmi tədqiqatların həyata keçirilməsi.

Əsas elmi nəticələr:

Azərbaycan arxeoloqlarının uzun illər ərzində apardıqları tədqiqatlar nəticəsində ölkəmizin dünyada ən qədim insan məskənlərindən, erkən sivilizasiya mərkəzlərindən biri olması maddi faktlarla sübuta yetirilmişdir. Aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Azərbaycanda qədim insanlar hələ iki milyon il əvvəl məskunlaşmışdır. Erkən əkinçilik mədəniyyətlərinə aid yaşayış məskənləri, tunc dövrünün yaşayış yerləri, şəhər tipli abidələri, yüzlərlə qəbirləri, antik və orta əsrlərə aid şəhərlər və s. çoxsaylı abidələr qazılıb tədqiq edilmişdir. Aparılan araşdırmalar Azərbaycanın qədim dövr tarixinin bir sıra qaranlıq səhifələrinə işıq salmış və bu elmi nailiyyətlər vətənimizin tarixinin yazılması üçün mühüm əhəmiyyət kəsb edən maddi faktların aşkara çıxarılması ilə nəticələnmişdir. Respublikanın bütün bölgələrində aparılan etnoqrafik tədqiqatlarla əhalinin məişəti, adət-ənənələri, maddi və mənəvi mədəniyyəti öyrənilmişdir.

ƏMƏKDAŞLARIMIZ


Rəhimova Maisə Nurbala qızı

İnstitutun direktoru
tarix üzrə elmlər doktoru

Müseyibli Nəcəf Ələsgər oğlu

Elmi işlər üzrə direktor müavini
tarix üzrə fəlsəfə doktoru

Ağamalıyeva Sevil Mahmud qızı

Elmi katib
tarix üzrə fəlsəfə doktoru

Quliyev Akif
Arif oğlu

“Numizmatika” şöbəsinin müdiri
tarix üzrə fəlsəfə doktoru

Məmmədli Əliağa Əyyub oğlu

“Etnososioloji tədqiqatlar” şöbəsinin müdiri
tarix üzrə fəlsəfə doktoru

Quliyev Fərhad
Eldar oğlu

“Elmi ekspozisiya” şöbəsi müdiri
tarix üzrə fəlsəfə doktoru