Arxeologiya və Etnoqrafiya İnstitutu

Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi

ARXEOLOJİ TƏDQİQATLAR


QAZMA MUSTYE DÜŞƏRGƏSİNDƏ ARXEOLOJİ QAZINTILARIN BƏRPASI

Something0
Qazma mağarası Naxcıvan Muxtar Respublikası Şərur rayonu ərazisində, Tənənəm kəndindən 3 km cənub şərqdə, Qazma dərəsində, Arpa Нayından 14.5 km aralıda, dəniz səviyyəsindən 1450 m hündürlikdə yerləşir.
Qazma paleolit düşərgəsi 1983-cü ildə M.M.Hüseynov və Ə.Q.Cəfərovun rəhbərlik etdiyi Paleolit arxeoloji ekspedisiyası tərəfindən qeydə alınmışdır. Burada 1987-1990-cı illərdə Ə.Q.Cəfərovun rəhbərliyi altında arxeoloji qazıntılar aparılmışdır. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu Paleolit arxeoloji ekspedisiyasının Qazma dəstəsi 2008-ci ildə Qazma mustye mağara düşərğəsində arxeoloji qazintı işlərini bərpa etmiş və ətraf ərazidə kəşfiyat işləri aparmışdır.
Mağaranın torpaq cöküntüsü təmizlənərkən, müxtəlif dövrlərə aid maddi mədəniyyət qalıqları tapılmışdır. Burda qeydə alınmış sümük qırıqlarının hamısı olduqca Нapılıb-doğranmış vəziyyətdədir. Bu isə ibtidai ovçuluq təsərrufatına xas olan bir əlamətdir. Belə ki, ibtidai insanlar ovladıqları heyvanların yalnız ətini yox, həmdə onların sümüklərini yarıb, iliyin Нıxarıb yeyirdilər. Tokülmüş torpaqdan aşkar olunan daş məmulatının sayı 6 ədəddir.

Yeni tədqiqat sahəsində 6 təbəqə müəyyən olunmuşdur:

I təbəqə – qara çürüntülü torpaqdan ibarətdir. Arxeoloji tapıntılar yoxdur.Təbəqənin qalınlığı 15-20 sm çatır.

II təbəqə – açıq sarı rəngli gillicə torpaqdan ibarətdir. Birinci və ikinci təbəqələr arasındakı fərq aydın müşahidə olunur. Arxeoloji tapıntılar yoxdur. Təbəqənin qalınlığı 20-25 sm bərabərdir.

III təbəqə – tünd sarı rəngli gilli torpaqdan ibarətdir. Qazıntılar zamanı təbəqədən sümük məmulatları aşkar olunmağa başlayır. Yuxarıda təsvir olunan təbəqələrə nisbətən üçüncü təbəqə bir qədər qalındır. Təbəqənin qalınlığı 35-40 sm bərabərdir.

IV təbəqə – nisbətən açıq sarı rəngə çalan gillicə torpaq təbəqəsindən ibarətdir. Təbəqədə tez-tez qaya daşı qırıqlarına və mağaranın tavanından düşmüş stalaktit parçalarına rast gəlmək olur. Dördüncü təbəqədən başlayaraq sümük qalıqları ilə birlikdə daş məmulatı da aşkar olunmağa başlayır. Təbəqədən 8 ədəd daş məmulatı tapılmışdır. Onların hamısı dəvəqözü daşındandır. Dördüncü təbəqənin təsvir olunan sahədə qalınlığı 25-30 sm bərabərdir.

V təbəqə – tünd sarı rəngli gillicə torpaqdan və bəzi sahələrdə açıq boz rəngli laylardan ibarətdir. Təbəqənin içərisində qaya daşı qırıqları və stalaktit parçaları qeydə alınmışdır. Təbəqədən sümük qalıqları və daş məmulatı aşkar olunmuşdur. Təbəqədən 13 ədəd daş məmulatı tapılmışdır. Onların 11 ədədi dəvəqözü daşından, 2 ədədi isə çaxmaq daşındandır.

Beşinci təbəqənin təsvir olunan sahədə qalınlığı 30-35 sm bərabərdir.

VI təbəqə – tünd şabalıdı rəngli gillicə torpaq təbəqəsindən ibarətdir. Yuxarıda təsvir olunan təbəqələrdən fərqli olaraq VI təbəqədə qaya daşı qırıqlarına və stalaktit parçalarına təsadüfü rast gəlmək olur. Təbəqədən sümük qalıqları və daş məmulatı aşkar olunmuşdur. Təbəqədən 8 ədəd daş və bunun nəticəsində aşağıya doğru getdikcə yeni kvadratlar müəyyən olunur və qazıntı sahəsi qenişlənir. Qazıntıya başlayarkən yeni tədqiqat sahəsində birinci təbəqədə Б, В kvadratları yox idi. Yalnız birinci təbəqə qazılıb qurtardıqdan sonra qeyd olunan kvadratlar meydana çıxmağa başlayır və yeni təbəqələr qazılıb qurtardıqca onların sahəsi genişlənməyə başlayır və VI təbəqədə Б, В kvadratları tam müəyyən olunmuşdur. Arxeoloji qazıntılar nətıcəsində çöküntünün yeni stratiqrafiyasıalınmışdır.2008-ci il Qazma mağarasının yeni tədqiqat sahəsində aparılan arxeoloji qazıntılar zamanı 1760 ədəd sümük aşkar olunmuşdur. Onların 196 ədədi quş və gəmirici sumüklərinə aiddir, 135 isə dişdir. IV-VI təbəqələrdən fauna qalıqları ilə birlikdə daş məmulatı da aşkar olunmuşdur. Tədqiqat mövsümündə 35 ədəd daş məmulatı aşkar olunmuşdur. Onlarin 5 ədədi çaxmaq, 30 ədədi isə dəvəgözü daşındandır. Əmək alətləri arasında aşağıdakı alət tipləri müəyyən edilib: mustye itiuclusu – 1 ədəd, levallua itiuclusu – 2 ədəd, hər iki tərəfi dişəklənmiş levallua itiuclusu – 2 ədəd, limas – 1 ədəd, lövhə üzərində hazırlanmış qaşov – 2 ədəd, lövhə üzərində hazırlanmış biz – 2 ədəd və diqər alətlər. Daş məmulatı arasında 2 ədəd üzərində ikinci işlənmə izi olmayan qəlpə və 7 ədəd istehsal tullantısı tapılıb. Daş məmulatı arasında istehsal tullantılarının qeydə alınması düşərgə sakinlərinin burada qismən alət hazırladığını söyləməyə imkan verir.
2008-ci ilin yay mövsümünda Qazma mağarasında aparılan arxeoloji qazıntılar zamanı aşkar olunmuş daş məmulatının texniki və tipoloji xüsusiyyətlərinə görə onların mustye mədəniyyəti dövründə hazırlandıqlarını söyləmək olar. Tapılmış maddi mədəniyyət qalıqlarının zənginliyi isə düşərgə sakinlərinin bu ərazidə uzun müddət yaşadıqlarını göstərir.