8 NOYABR ZƏFƏR GÜNÜMÜZ MÜBARƏK!
8 Noyabr – Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Şanlı Milli Ordumuz tərəfindən xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən misilsiz qələbənin əbədiləşdiyi Zəfər Günüdür!
Zəfərimizin beşinci ildönümündə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsində qəhrəman şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə şəfa diləyirik!





