HACIƏLƏMHANLI QƏDİM YAŞAYIŞ YERİ

(2013-2015 -ci illərdə aparılmış tədqiqatlar)

Hacıələmhanlı abidəsi Tovuz rayonundan 8 km şərqdə yerləşən kiçik bir Neolit abidəsidir. Abidə Goytəpə qədim yaşayış yerindən 1.5 km şimal qərbdə yerləşir. Hacıələmhanlıda arxeoloji tədqiqatlar 2012-ci ildən başlamış və Göytəpədə gedən qazıntılar ilə sinxron olaraq aparılmışdır. 2012-ci il qazıntılarının ilkin mərhələsində M10 Kvadratı, 2013-cü ildə L10, L11 və M11 kvadratlarında,  2014-ci il  (üçüncü mövsüm) mövsümündə isə L10, L11, M10, və M11 kvadratlarında tədqiqatlar davam etdirilmişdir.

Təpənin mərkəzinə yaxın hissədə 10m x 10m ölçüsündə olan qazıntı sahələrində (kvadratlar) son iki il müddətində aparılmış arxeoloji qazıntılar nəticəsində 1.5m qalınlığında neolit dövrünə aid mədəni təbəqə aşkara çıxarılmışdır. Burada torpaqdan təmizlənmiş çiy kərpiclərdən tikilmiş bina qalıqlarının dörd memarlıq tikili horizontuna ayrılması müəyyən olunmuşdur. Əvvəlki illərdə olduğu kimi yuxarıda qeyd olunan qazıntı sahələrinin (L10, L11, M10 və M11) daha alt hissəsində olan təbəqələrdə qazıntılar davam etdirilmişdir. Bundan əlavə, qədim yaşayış yerinin sərhədlərini təyin etmək məqsədilə, təpənin şimal (kvadrat S10) və cənub (kvadrat F10) yamaclarında şurf məqsədilə qazıntılar aparmışdır.

Hacıələmhanlı əvvəlki illərdə olduğu kimi eyni qazıntı metodlarını tədbiq etmişik. Həmçinin burada, önəmli olan çox xırda arxeoloji materialları aşkar etmək məqsədilə, M10 kvadratından çıxarılan torpağın ələnərək təmizlənməsi üsulundan da istifadə edilmişdir (şək.1).

III Neolit Təbəqəsi (horizont)

   Qeyd olunan tikili səviyyəsi əsasən qazıntı sahəsinin mərkəzində mövcud olan səkkiz rəqəmi formalı tikili ilə bağlıdır. Sözsüz ki, bu cür formalı (8 formalı) tikili keçən mövsüm həyata keçirilən qazıntılar zamanı müəyyən edilmişdir (şək.2), lakin, bu mövsüm həyata keçirilən qazıntılar zamanı isə, iki dairəvi tikilini bir birinə birləşdirən yeni bir keçid tikili və iri dairəvi tikilinin giriş hissəsinə yaxın yerdə kiçik bir divar da aşkarlanmışdır. Çox güman ki, aşkar edilmiş hər 1 və 2-ci tikili horizontları  8 formalı tikili ilə əlaqəli olmuş və 3-cü horizontda bu tikililərin davam etməsi onu deməyə əsas verir ki,  Hacıələmhanlı qədim yaşayış yerində yerli memarlıq tikili nümunələri öz əksini tapmışdır.

Şək.2

Bu səviyyəni  A və B olmaqla iki hissəyə bölmüşük, çünki, bəzi memarlıq tikililəri və çiy kərpicdən olan divarlar strateqrafik cəhətdən əsas tikilidən (8 formalı)  yuxarı qatda yerləşmişdir. Bu əlavə tikililərə L11 kvadratında olan kiçik dairəvi tikiliyə bitişik (L10-72) biçimsiz formalı əyri divar (L11-75) və kiçik dairəvi tikilini birləşdirən apendikulyar formalı divar (L10-65), hətta, L10 kvadratında daha kiçik dairəvi formalı çıy kərpiclərdən hazırlanmış tikili də (L10-63 və 78) aiddir.

Bu horizont üzərində aparılan tədqiqatlar geniş dairəvi tikili içərisində iki döşəmənin aşkarlanması ilə nəticələnmişdir. Üst qatda olan döşəmə (horizont 3a) yanmış torpaq qatları və dairəvi tikilinin mərkəzə yaxın hissədə bir neçə daş alətlərinin parçaları ilə birlikdə üzə çıxarılmışdır. Həyata keçirilən arxeoloji qazıntılar zamanı alt qatda olan döşəmə üzə çıxarılmış və dairəvi tikilinin cənub hissəsində yanmış torpaq qatları, mərkəz hissədə isə sümük və buynuz parçaları aşkar edilmişdir.

 Burada olan son tapıntılar (əvvəlki illərdə) 4-cü səviyyəyə  (horizont) aid edilmişdir və bunlar strateqrafik cəhətdən 4-cü səviyyənin döşəməsindən dağılmış çiy kərpiclər vasitəsi ilə ayrılır. Bu tapıntıları, geniş dairəvi tikilinin 3b səviyyəsi üzərində aşkar edilmiş arxeoloji qalıqlarından ayırmaq daha məntiqli hesab edilir. Bu səviyyə, sümük buynuz parçaları və yanmış kül torpaq qatları olan horizonta yaxın inşa edilmiş ayırıcı divar vasitəsilə müəyyən edilmişdir. Qeyd edilən həmin ayırıcı divar 1,2 və 4-cü səviyyələrdə 8 formalı mövcüd yaşayış tikilisi üzərində də müşahidə edilir.  Bu horizontlarda (3a və 3b) memarlıq tikililəri üzərində bəzi yuxarıda qeyd edilən fərqliliklərə baxmayaraq, həmin tikililərin çöl hissəsində olan yaşayış əsasən III Horizontda mövcud olması güman edilir. L11 kvadratında, hər iki 3a və 3b horizontlarında yanmış kül torpaq qatları və daş alətlərin  bir neçə parçaları aşkar edilmişdir. Həmçinin, L10 və M10 kvadratlarında iri tullantı çuxurları da torpaqdan təmizlənərək üzə çıxarılmışdır. Bundan əlavə, L11 kvadratının şərq hissəsində 3 ədəd gildən olan təsərrüfat anbarı da müəyyən edilmişdir (3a üzərində iki ədəd və 3b üzərində bir ədəd).

  • IV Neolit Təbəqəsi (Horizont) (şək. 3)

Şək.3

 

Bu səviyyə M11 kvadratında 5 m diametrində digər dairəvi tikilinin aşkar olunması ilə üzə çıxarılmışdır. Eyni diametrdə olan çiy kərpicdən tikilmiş digər iki dairəvi tikilinin divarları 3b təbəqəsinə qədər uzanmışdır. Burada qeyd edilmiş sonuncu iki dairəvi tikilinin içərisində xeyli sayda arxeoloji materiallar aşkar edilmişdir. Materiallar ocaq yerləri, yanmış kül qatları və qazılmış sahənin mərkəzində yerləşən tikilinin içərisində təsərrüfat anbarı ilə əlaqəlidir. Burada daha kiçik ölçülü dairəvi tikiliyə digər bir dairəvi yaşayış tikilisi əlavə olunmuşdur. Həmin iki dairəvi divar eyni təbəqə səthində tikilmişdir və onlar bir birinə digər bir keçid ilə birləşmişdir. Beləki bu, 8 formalı yaşayış tikilisinin digər bir nümunəsi ola bilər. Bu tikilinin daha geniş dairəvi divarı 3b horizontundakı dairəvi divarın alt hissəsindən keçir, lakin qonşu tikililərin yerləşmə mövqeyinə görə onlar bir birindən ayrılır (8 formalı yaşayış tikilisinin baş tərəfi). İri dairəvi tikili divarı 3b horizontunda cənub tərəfdə birləşir, lakin 4a horizontunda isə şimal hissədə birləşir.

Müvafiq olaraq, geniş dairəvi tikilinin giriş hissəsinin yerləşmə mövqeyi iki təbəqə arasında fərqlidir. III horizontda mövcud olan quyu 4a horizontunda 8 formalı yaşayış tikilisinin kiçik tikili hissəsini nisbətən dağıtmışdır. Bu tikili (8 formalı)  yuxarı yan hissədən iki ədəd gildən olan təsərrüfat quyusu ilə əlaqəlidir (birləşir) (şək. 4).

Şək.4

Baxmayaraq ki, həmin quyular zamanında kifayət qədər iri olmuşdur (60 – 70 sm diametrində), hündürlüyü 20 sm dən kiçik olan hissəsi qalmışdır.   Qazıntılar zamanı M11 kvadratının şimal hissəsində digər iri dairəvi formalı yaşayış tikilisi üzə çaxarılmışdır. Divar hissəsi kəskin dağıldığına görə, yaşayış tikilisinin dəqiq planını təyin etmək mümkün olmamışdır. Lakin, divarın içəri hissəsindən xeyli sayda uçmuş çiy kərpiclər aşkar edilmişdir. Halbuki, çiy kərpiclərin dağılmış hissələrindən bir neçə artefakt nümunələri və iri heyvan sümükləri tapılmışdır.

M11 kvadratının şərq hissəsində mövcud olan iri dairəvi formalı yaşayış tikilisi cənub hissədə uzun bir divara malikdir (L11 kvadratında). Divar cənub hissədə qazılmamış ərazilərə qədər uzanır. Bu divarın funksiyası naməlum olaraq qalmışdır və divarın yan hissəsində gil təsərrüfat quyusunun əlamətləri müəyyən edilmişdir.

4a Təbəqəsi L10 və L11 kvadratlarına qədər uzanan geniş bir sahə ilə xarakterizə edilir. Bu ərazidə başlıca olaraq iri daş alətləri parçaları, təbii çay daşlarından ibarət yanmış kül torpaq qatları və çoxsaylı kömür fraqmentləri aşakar edilmişdir. Bunlardan bəziləri hətta toplum halında bir yerdə tapılmışdır (L10 Şək. 5).

Şək. 5

 Baxmayaraq ki, bu təbəqə 4a Təbəqəsi altından keçən eyni memarlıq tikili planını təşkil edir, lakin, strateqrafik cəhətdən 4a Horizontundan bəzi yaşayış tikililərindən ayrılır. 4b Horizontunu təşkil edən tikili qalıqlarının üst hissəsi qazılmış sahənin mərkəzində və şərq hissəsində iki ədəd iri dairəvi formalı yaşayış tikilisinin içərisində üzə çıxarılmışdır.

Döşəməni təşkil edən dağılmış çiy kərpic parçaları strateqrafiq cəhətdən bu təbəqəni 4a Horizontundakı yuxarı qatdakı mədəni təbəqələrdən ayırmağa imkan verir.

8 formalı yaşayış tikilisi M10 Kvadratı və onun ətraf ərazisində tam olaraq üzə çıxarılmışdır. İki dairəvi tikilinin arasında bir keçid mövcuddur və iri dairəvi tikilinin giriş hissəsində ayırıcı divar da vardır. 4b Horizontunda əlamətdar tapıntılardan biri də yaşayış tikilisinin içərisində mərkəzə yaxın hissədə mövcud olan sobadır (şək.6).

Şək.6

Soba, ətraf ağız hissəsi gildən suvanmış iki müxtəlif ölçülü altlıqdan (dib, iç hissə) ibarətdir. Daha dərin olanı (15 sm dərinlikdə) əsas yanmış hissədir, lakin dayaz olan hissəsi (5 sm dərinlikdə) əsasən kül qatı və kömür fraqmentlərindən ibarətdir. Aşkar edilmiş soba çiy kərpicdən tikilmiş ayırıcı divar ilə əlaqəlidir (bitişir). Sobanın kül qatlarından ibarət içəri hissəsi xeyli sayda kömür fraqmentləri, yanmış daş parçaları və yanmış sümük hissələrindən ibarət olmuşdur. Soba daha əvvəl mövcud olmuş başqa bir sobanın üzərində tikilmişdir.

Mərkəzi hissədə mövcud olan soba dörd ədəd eyni diametrdə (13–17 sm) olan kiçik dəliklər vasitəsilə əhatələnmişdir hər birinin içərisinin dibində daş var idi. (şək.7).

Şək.7

Dəliklər çox güman ki, yaşayış tikilisinin tavanı ilə əlaqəli olub dirək rolunu oynayır. Mərkəzi hissədə mövcud sobanın qərb istiqamətinə doğru, divar boyunca iki tədəd çuxur və gildən olan təsərrüfat quyusu üzə çıxarılmışdır. Təsərrüfat quyusunun hündürlüyü 10 sm hündürlüyündə qalmışdlır və içəri hissəsində isə iki ədəd çiy kərpic və təbii daş aşkar edilmişdir. İki ədəd quyunun dərinliyi 15-20 sm dir və içəri hissəsi bozumtul qəhvəyi rəngli torpaq qatlarından ibarət olmuşdur. Cox güman, bu quyulardan təsərrüfat anbarı kimi istifadə olunmuşdur.

Mərkəzi sobadan əlavə, dairəvi formalı tikilinin şərq hissəsində iki ədəd ocaq yeri aşkar edilmişdir. Bu sobaların heç biri təsərrüfat quyusu və üzəri gil konstruksiyalı olan tikili ilə bağlılığı yoxdur, lakin ətrafında xeyli sayda toplum halında artefakt nümunələri, heyvan sümükləri və təbii olan çay daşları aşkar edilmişdir. Bunların içərisində obisidiandan olan nukleus (şək.8), xeyli sayda sümükdən olan biz və bitumla bərkidilmiş oraq dişləri daha əlamətdar tapıntılar hesab edilir.

Şək.8

Həmçinin, M10 Kvadratındakı 8 formalı yaşayış tikilisinin kiçik dairəvi tikili hissəsində döşəmə qatı da aşkar edilmişdir, lakin əsas iri dairəvi tikilidən fərqli olaraq, burada tullantı çoxluq təşkil edir. Divara yaxın hissəsədə kiçik ölçülü bir soba da aşkar edilmişdir.

4b Təbəqəsində digər bir iri dairəvi tikili qazılmış ərazinin şərq hissəsində üzə çıxarılmışdır (M11 və  L11 Kvadratları). Tikilinin içərisində çoxsaylı heyvan sümükləri və daş balta və oraq dəstəyi üçün bitum kimi artefakt nümunələri də aşkar edilmişdir.

Eyni Horizontda M11 Kvadratının şimal hissəsində üçüncü iri dairəvi tikili aşkar edilmişdir. Baxmayaraq ki, digər iki tikilinin döşəmələrinə müvafiq dərinliyə qədər qazıntı aparılmışdır, lakin burada çiy kərpic fraqmentlərindən ibarət qatlar hələ də davam etməkdədir. Tikilinin içərisində qalmış digər qatlar və alt qatda güman edilən döşəmənin özü növbəti aparılacaq olan qazıntılarda tədqiq olunacaqdır.

 

  • IV Təbəqənin alt hissəsi

4b Təbəqəsində memarlıq nümunələri və digər torpaq qatları əsasən lilli torpaq qatları altında mövcuddur. Bu təbəqə ilə steril torpaq qatları arasında kömür fraqmentləri və bir neçə artefakt nümunələrindən ibarət nazik aralıq qatı vardır. Steril (münbit olmayan) torpaq qatları qazılmış ərazi boyunca yayılmışdır. Əgər bu torpaq materik hesab edilirsə, L10 Kvadratının cənub hissəsində bu torpaq qatının dərinliyi 1,8 m təşkil edir (təpənin mərkəzinə yaxın hissə).

  Təpənin kənarlarında şurf xarakterli qazıntılar.

Hacıələmxanlı təpə təxminən 1,5 m hündürlüyündə 80x60m eni və uzunluğuna malik kiçik bir təpədir. Bu heç də o demək deyil ki, yaşayış yeri Neolit dövründə də yuxarıda göstərilən ölçülərə malik olmuşdur. 2013 cü ildə Göytəpədə aparılan tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, abidə, Neolit dövründən sonra tez tez baş verən torpaq qatlarının və çöküntülərin yerdəyişməsi və eroziyalara müvafiq olaraq indiki forma alaraq dəyişmişdir.

Qədim yaşayış yerinin əsas dəqiq ölçələrini və coğrafi quruluşunu müəyyən etmək məqsədilə təpənin şimal və cənub küncündə müvafiq olaraq S10 və F10 Kvadratlarında 2x2m ölçüsündə şurf xarakterli qazıntılar aparılmışdır). F10 Kvadratı üz səthi torpağından təmizlənmiş, lakin S10 Kvadratında isə təxminən 1 metr dərinliyində qazıntı işləri aparılmışdır. Şəkil 13 də göstərildiyi kimi, burada dəmir alətlər və Sovet dövrünə məxsus sikkə kimi materiallar aşkar edilmişdir. Nəhayət, təpənin mərkəzinə yaxın bir hissədə materikin bir hissəsi artıq üzə çıxarılmışdır. Bu barədə olan təfərrüatlar növbəti tədqiqatlarda aydınlaşdırılacaqdır və aparılan müşahidələrdən bu qənaətə gəlmək olar ki, təpənin bu hissəsində olan torpaq qatlarının əksəriyyəti çöküntü torpaq qatı hesab edilə bilər və abidə hal hazırki vəziyyətdə göründüyündən daha kiçik formada olmuşdur. Bütün bunlar barəsində olan fərziyyələrimizi növbəti aparılacaq olan tədqiqatlarda müəyyən edəcəyik.

Qədim yaşayış yerində son iki il ərzində aparılan qazıntılar zamanı abidə əsaslı öyrənilmiş və L-M / 10-11 kvadratlarında materik aşkar edilmişdir.

 Araşdırmalardan məlum olmuşdur ki, Hacıələmhanlı qədim yaşayış yerində mərhələli formada insan yaşayışını özündə əks etdirən tikili qalıqları üzə çaxarılmışdır. Aşkar edilmiş tikili qalıqları tarixi xronoloji mövqeyi baxımından çox əhəmiyyətlidir. Əsasən VI minilliyin əvvəllərində burada inşa edilmiş bina tikililəri, Cənubi Qafqazda başlıca olaraq Neolit dövrünün ilkin mərhələsinə aid edilir. Burada aşkar edilmiş arxeoloji materialların təhlili ilk mərhələdə Hacıələmhanlı qədim yaşayış yerini xronoloji cəhətdən erkən Mezolit dövrü və keramikaya qədərki ovçu-yığıcı cəmiyyətlərinə xas ənənələrinin özündə əks etdirdiyini göstərir. Arxeoloji materialların araşdırılması həmçinin qədim yaşayış yerinin ikinci mərhələsində erkən əkinçi maldar tayfalarn formalaşması proseslərini bildirir. Qədim yaşayış yerinin araşdırmalarından əldə olunan  bu nəticələr kifayət edir ki, regionda Neolit dövrünün sosial iqtisadi durumuna aydınlıq gətirilsin. Qeyd etməliyik ki, aşkar olunmuş maddi mədəniyyət nümunələr üzərində hal-hazırda analizlər aparılmaqdadır.

Azərbaycanda bu günə qədər məlum olan Neolit dövrünün erkən iki mərhələsi yuxarıda qeyd edilən hər iki qədim yaşayış yerində arxeoloji tədqiqatlar əsasında təsdiqini tapmışdır. Göytəpə geniş miqyaslı qədim yaşayış sahəsidir və vaxtilə burada yaşayan Neolit sakinləri yüksək inkişaf mərhələsinə sahib olmuşlar, lakin Hacıələmxanlıtəpə kiçik miqyaslı və daha qədim yaşayış sahəsi hesab edilir, həmçinin burada mövcud olmuş sosial və iqtisadi vəziyyət hal-hazırda tərəfimizdən tədqiq edilərək öyrənilir. Hər iki qədim yaşayış yerinin tədqiqatları regionda Neolit cəmiyyətinin inkişaf mərhələlərini öyrənməyə şərait yaradır. Yerli qədim erkən əkinçi tayfaların Şomutəpə arxeoloji mədəniyyətinin yaranması və inkişafı Neolit dövrü üçün çox vacib hadisə hesab olunur, ona görə də bu araşdırmalar, Cənubi Qafqazda Neolitləşmə proseslərini tədqiq edib öyrənməyə əhəmiyyətli dərəcədə yardımçı olacaq.

F.QULİYEV, Y.NİŞİYAKİ, S.KODOVAKİ, K.ŞİMAQAMA, V.ƏLƏKBƏROV,  Ş.SƏLİMBƏYOV, T.MİKKİ, S.ABBASOVA, K.OHİNİŞİ V.ƏHMƏDOVA