Aprelin 25-də Tokyo Universitetinin professoru Yoşihiro Nişiyaki AMEA Arxeologiya və Antropologiya İnstitutunda qonaq olub.
Yaponiya alimləri ilə davamlı əməkdaşlığın növbəti addımları, Qarabağda aparılacaq arxeoloji tədqiqatların perspektivləri müzakirə olunub. İnstitutun rəhbərliyi bu istiqamətdə aparılan tədqiqatların mühüm olduğunu vurğulayaraq, Yapon alimləri ilə müştərək işin uğurla nəticələnməsini arzu etdi.
Daha sonra, professor Nişiyaki institutun elmi fondunda saxlanılan Paleolit dövrü arxeoloji materiallarla tanış oldu.