16 aprel – 1 may 2024-cü il tarixlərində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) təşkilatşılığı ilə AMEA Arxeologiya və Antropologiya İnstitutunun arxeoloq və antropoloqları Serbiyanın Valevo əyalətinin Petniça kəndi ərazisinə məhkəmə arxeologiyası və məhkəmə antropologiyası üzrə təlimlərdə iştirak etmişlər.

16 aprel – 1 may 2024-cü il tarixlərində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) təşkilatşılığı ilə AMEA Arxeologiya və Antropologiya İnstitutunun arxeoloq və antropoloqları t.ü.f.d Akif Quliyev, Vüsal Həsənov, Lola Hüseynova, Şahin Səlimbəyov, Lamiyə Həbibova Serbiyanın Valevo əyalətinin Petniça kəndi ərazisinə məhkəmə arxeologiyası və məhkəmə antropologiyası üzrə təlimlərdə iştirak etmişlər.Təlimlərdə həmçinin BQXK, Azərbaycan Respubliksı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komitəsi, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nin mütəxəssisləri də iştirak etmişlər.
İki həftə ərzində Serbiyanın Məhkəmə arxeologiyası və Məhkəmə antropologiyası mərkəzinin mütəxəssisləri prof. Maria Duric, prof. Andrej Starovic, prof. Danijela Donic, Vladimr Pecikoza, İgor Vaduveskovic, Ksenija Zelic, Slobodan Nikolic azərbaycanlı həmkərlarını Mərkəzin apardığı tədqiqatlarla yaxından tanış etmiş, öz təcrübələri ilə bölüşmüşlər.
Azərbaycanlı mütəxəsisslər Petniça Elmi Mərkəzində məhkəmə arxeologiyası üzrə qazıntı işləri apararaq, skeletlərin ekzqumasiyasını həyata keçirmişlər. Növbəti mərhələdə qazıntılar zamanı aşkar edilmiş antropoloji materialların və diğər artefaktların laborator şəraitdə tədqiqi, sənədləşmə, skeletlərin idenfikasiyası, fotoların düzgün çəkilməsi, hesabatların standartlara uyğun yazılması işləri aparılmışdır.
Bundan sonra işçi qrup tədqiqat işlərinin nəticələrininə dair hesabat hazırlayaraq təqdimat keçirmişdir. Hesabat serbiyalı alimlər tərəfindən müsbət dəyərləndirilmişdir.
Sonda təlimlərdə iştirak etniş mütəxəssislərə beynəlxalq sertifikatlar təqdim edilmişdir.