4 iyun tarixində AMEA Mərkəzi Elmi Kitabxanasında “Wikipedia” azad ensiklopediya  təlimlərində iştirak etmiş Arxeologiya və Antropologiya İnstitutunun gənc alimləri sertifikatlarla təltif olunublar. Onların sırasında Nigar Mustafayeva, İlahə Nəhmətova, Pəri Ağayeva, Aliyə Adgözəlova və Nərmin Məmmədli   olub.

Tədbirdə Mərkəzi Elmi Kitabxanasının direktoru Hüseyn Hüseynov, Rəyasət Heyətinin “Elektron Akademiya” şöbəsinin baş mütəxəssisi Elnur Eltürk və  Elektron resurslar şöbəsinin müdiri Reyhan Əhmədova çıxış edərək gənclərin bu istiqamətdə fəaliyyətlərini yüksək giymətləndirdiklərini bildiriblər və növbəti addımlarında uğurlar arzulayıblar. “Vikipediya” elektron ensiklopediyasının Azərbaycan tarixini, məniyyətini və mənəvi dəyərlərini təbliğində, qorunmasında və dünyaya tanınmasında əhəmiyyətli rolu olduğu vurğulanıb. Arxeologiya və Antropologiya İnstitutunun “Gənc alim və mütəxəssislər” şurasının sədri Nigar Mustafayeva qrup adından çıxış edərək, təlimin təşkilatçılarına və qrup rəhbərinə dərin təşəkkürünü bildirib.

Qeyd edək ki, bu təlimlərin nəticəsində Arxeologiya və Antropologiya İnstutunun əməkdaşları tərəfindən “Vikipediya”nın Azərbaycan dilində bölməsinə 50-dən çox arxeologiya və antropologiya mövzulu məqələlər yerləşdirilib.