12 iyun tarixində AMEA  Arxeologiya və Antropologiya İnstitutu və ABŞ Hamilton Kolleci arasında Azərbaycan Respublikasının cənub-şərq dağlıq ərazilərində Lerik və Yardımlı  rayonları ətrafında yerləşən Son Dəmir dövrü arxeoloji abidələrində Beynəlxalq arxeoloji  tədqiqat və qazıntı işlərinin davam etdirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

İnstitutun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev qonağı salamlayaraq, qarşılıqlı əməkdaşlığın hər iki tərəf üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Memorandum tərəflərin bir sıra elmi problemlərin öyrənilməsində ümumi və müştərək proqramları, layihələr və müştərək elmi tədqiqatların aparılması üçün şərtləri əks etdirir.

Qeyd edək ki, Azərbaycan tərəfdən Beynəlxalq ekspedisiyanın rəhbəri Ceyhun Eminli, Amerika tərəfdən isə Hannah Laudur.