20 iyun 2024-cü il tarixində saat 10:00-da Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasının kiçik iclas zalında (H. Cavid 115, 2-ci mərtəbə) Arxeologiya sahəsində Azərbaycan-Koreya elmi əməkdaşlığı üzrə beynəlxalq konfrans keçiriləcəkdir. Konfransda Azərbaycan-Koreya beynəlxalq ekspedisiyasının son illər apardığı birgə tədqiqatlar müzakirə olunacaq, hər iki ölkədən olan arxeoloqların yeni elmi nailiyyətləri barədə təqdimatları dinləniləcəkdir. Konfransa qeydiyyat 9:30-da başlayır.