20 iyun 2024-cü il tarixində AMEA-nın kiçik iclas zalında  “Arxeologiya sahəsiandə Azərbaycan-Koreya Elmi Əməkdaşlığı” amövzusu üzrə Beynəlxalq Konfrans öz işinə başlayıb. Konfrans  KAREC, SEBA, AMEA Arxeologiya və Antropologiya İnstitutu və Azərbaycan Respulikasında Koreya Respublikasının Səfirliyinin dəstəyi ilə təşkil edilib.

Tədbiri açılış nitqi ilə aElmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli açaraq, arxeologiya sahəsində Azərbaycan-Koreya əməkdaşlığının özünəməxsus yer tutduğunu və elmə faydalı olması fikrini ifadə edib. Akademik bildirib ki, Qəbələdə tədqiq edilən arxeoloji abidələri ziyarət edib və burada Azərbaycan aliminin yüksək elmi səviyyəsinin və Koreya arxeoloqlarının böyük səliqəsinin şahidi olub. SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri Rühəngiz Heydərovanın bu əməkdaşlığın təşkili və inkişafında xüsusi rolu olduğunu vurğulayıb. Həmçinin qeyd edib ki, Qəbələdə fəaliyyət göztərən Arxeoloji mərkəz, otel arxeologiyaya olan qayğının göstəricisidir. Bir neçə il əvvəl SEBA tərəfindən üç dildə çap edilmiş “Qəbələ” kitabında Azərbaycan-Koreya alimləri tərəfindən aparılmış tarixi və arxeoloji tədqiqatlar  öz əksini tapıb.

Akademyanın prezidenti İsa Həbibbəyli Koreya alimləri ilə birgə Füzuli rayonunda aparılan tədqiqatların həm elmi, həm də siyasi əhəmiyyət daşıdığını bildirib. Həmçinin işğaldan azad olunmuş torpaqlara qayıdışımızı ilk dəstəkləyən ölkələrdən biri Cənubi Koreya olduğunu xüsusi vurğulayıb. Son tədqiqatlara Türkiyə alimlərinin qatılmasıının müsbət addım olduğunu bildirərək, həmin ölkənin arxeoloqlarının tədqiqatlara verdiyi töhfələri yüksək qiymətləndirib. Çıxışının sonunda İsa müəllim Koreya alimlərinə və cənab səfirə öz minnətdarlığını bildirib və ölkələrimiz arasında elmi əməkdaşlığın və dostluğun davamlı olmasını arzulayıb.

Daha sonra Azərbaycanda Koreya Respublikasının səfiri Le İn-Yonq öz çıxışında konfransın təşkilatçılarına öz təşəkkürünü bildirib və qeyd edib ki, ikitərəfli siyasi, mədəni və elmi əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. O, bildirib ki, Qəbələyə dəfələrlə səfər edib və burada yerləşən arxeoloji abidələri ziyarət edib. Növbəti tədqiqatların da uğurla nəticələnməsini arzulayaraq çıxışını tamamlayıb.

Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev giriş nitqi ilə çıxış edərək, konfransın günümüzün ən aktual  mövzularından biri olduğunu qeyd edib. Son 15 ildə Koreya və Yaponiya alimlərinin yerli arxeoloqlarla müştərək tədqiqatlarının əhəmiyyətli nəticələr verdiyi vurğulayıb. O, bildirib ki, Koreya-Azərbaycan əməkdaşlığı deyəndə ilk növbədə mərhum arxeoloq, akademiyanın müxbir üzvü İlyas Babayevi xatırlayırıq. İlyas Babayev və onun tələbələri tərəfindən son 15 ildə aparılmış tədqiqatlar ciddi nəticələr verdiyi qeyd edib.

Daha sonra Türkiyədən qatılmış prof. Fikri Kulakoğlu konfrans iştirakçılarını salamlayaraq, bu tədbirdə iştirak etdiyi üçün fəxr etdiyini və Koreya alimləriylə əməkdaşlığın mühüm olduğunu bildirib. Koreya, Azərbaycan, Türkiyə və Gürcüstanın davamlı tədqiqatlarının elmi yenilik əldə edəcəyinə inandığını qeyd edib.

Konfransa məruzə ilə qatılan Tiflis Dövlət Universitetinin əməkdaşı Vaxtanq Liçeli isə ölkələrimiz arasında hər zaman güvənli əməkdaşlıqların baş tutduğunu  və artıq əməkdaşlığımızın yeni mərhələyə başladığını bildirib. Bakı-Tbilisi- Ceyhan neft kəmərinin çəkilməsində Heydər Əliyevin müstəsna rolu olduğunu vurğulayan alim, Tbilisi şəhərinin qədim hissəsində yerləşən parkın Ümummili Liderimizin adına yaradıldığını bildirib. Çıxışının sonunda gələcək əməkdaşlıqların daha da uğurlu olacağına inandığını arzu edib.

Qeyd edək ki, konfransda Koreya, Azərbaycan, Gürcüstan və Türkiyə kimi ölkələrdən olan tədqiqatçıların məruzələri dinlənilib.