Arxeologiya və Antropologiya İnstitutunun elmi ekspedisiya qrupu yay mövsümündə Yardımlı rayonu ərazisində tədqiqatlara başlayıb. Qazıntılar Azərbaycanın dövlətçilik ənənələrində özünəməxsus yeri olan Atropatena dövlətinin arxeoloji irsinə məxsus eradan əvvəl I eramızın III əsrinə aid nekropolda aparılır. Ekspedisiyanın rəhbəri tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlidir.