Ağstafa rayonu ərazisində yerləşən Tavatəpə abidəsində Azərbaycan-İtaliya birgə ekspedisiya qrupu yenidən arxeoloji qazıntı işlərinə başlayıb. Abidə Son Tunc- Erkən Dəmir dövrünə aiddir və öz unikallığı ilə fərqlənir. Ekspedisiyanın rəhbəri Azərbaycan tərəfdən t.ü.f.d., dos. Bəxtiyar Cəlilov, İtaliya tərəfdən Katania Universitetinin professoru Nicola Laneridir.