Arxeologiya və Antropologiya İnstitutu Cəlilabad rayonu Cəfərxanlı kəndində yerləşən, eradan əvvəl VI minilliyin birinci yarısına aid olan Paşatəpə qədim yaşayış məskənində ilk tədqiqatlara 2022-ci ildə başlayıb. Bu il aparılan qazıntıların əsas xüsusiyyəti ilk dəfə olaraq ərazidə Neolit dövrünə aid kənd izlərinin, eyni zamanda dini ayin yerinin aşkarlanmasıdır. Ekspedisiyanın rəhbəri AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru, dosent Vəfa Mahmudovadır.