AMEA Arxeologiya və Antropologiya İnstitutunun “Qazax paleolit arxeoloji ekspedisiyası”nın Ceyrançöl ərazilərində apardığı tədqiqat işləri zamanı, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yeni paleolit tapıntı yeri aşkar olunub. Tapıntı yeri Candargöl paleolit emalatxanası kimi qeydə alınıb.